Qırmızı, narını, sarı kimi rənglər narahatlıq effekti verir, yaşıl və mavi kimi soyuq rənglər isə uşaqları sakitləşdirir. Bəs, övladlarınızın xarakterinə görə onların otaqlarını hansı rənglərə boyamağınız məsləhətdir?
Yaşıl: Bu rəng uşaqların bir-biriləri ilə dostca və xeyirxah münasibət qurmalarına təsir edir. Bundan əlavə, onlarda özünəinam formalaşdırır.
Narıncı: Sakit və utancaq uşaqların bu xarakterlərini dəyişməsinə ən çox təsir edən rəng narıncıdır. Bu rəng səmimiyyət aşılayır və uşaqlar arasında münasibətlərin aktivləşməsinə xidmət edir.
Qara: Otağında qara rəngin çox olduğu uşaqlar qaydalara baş qaldırmağı sevir. Qərarlarını müstəqil şəkildə özləri qəbul edir, inadçı və əzmlidirlər.
Sarı: Bu rəngi uşaqların zehnini gücləndirir. Onların daha çox düşünməsinə səbəb olur. Uşaqların dərslərini daha yaxşı öyrənməsi üçün otaqlarının sarıya boyanması daha yaxşıdır.
Qızılı: Otağında bu rənglərin çox olduğu uşaqlar gördükləri işlərdən zövq almağı bacarır və həmin işi uğurla yerinə yetirirlər.