oyuncaq

Uşaq oyuncaqları barədə 10 nüans

Baxış sayı: 1. 536

1) Oyuncaq təkcə uşağın vaxt keçirməsi üçün yox, fiziki və intellektual inkişafı üçün də çox vacibdir.

2) Eyni zamanda, oyuncaq təkcə mağazadan alınan oyuncaq deyil. Uşağın diqqətini cəlb edən hər şey onun üçün oyuncaq ola bilər.

3) Əksər valideynlər elektron oyuncaqlara üstünlük verirlər. Halbuki elektron oyuncaqlar fərdi xarakter daşıyır və istər uşağın yaradıcılıq qabiliyyətinə, istərsə də cəmiyyətə uyğunlaşmasına mənfi təsir göstərir.

4) Uşaqlar qabiliyyətlərini artırmaq və təxəyyüllərini inkişaf etdirmək üçün palçıq, torpaq, su, boya, təbaşir və s. kimi şeylərlə də oynamalıdırlar.

5) Kiçik yaşlı uşaqlar üçün seçdiyiniz oyuncaqlar möhkəm olmalı, rəngi tez çıxmamalıdır.

oyuncaq

6) Küncləri iti olan oyuncaqlar da kiçik yaşlı uşaqlar üçün təhlükəlidir.

7) “Leqo” və “pazl” tipli oyuncaqlar uşaqların təxəyyüllərini inkişaf etdirməklə yanaşı onlarda hiss və hərəkətin inkişafına da müsbət təsir göstərir.

8) Avtomat, tapança və ya tank kimi oyuncaqlar uşağınızda aqressivliyə səbəb ola bilər.

9) Uşaqlar oyuncaqlarını yoldaşları ilə də bölüşməlidirlər. Bu, onlarda xeyirxahlıq hissinin inkişafı üçün də çox vacibdir.

10) Uşağınıza “Oyuncaqlarını yığışdır” demək əvəzinə “Oyuncaqlarını yığışdıranda mən də, oyuncaqların da çox sevinirik” desəniz, daha təsirli olar.

 

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir