Ulviyye Efendiyeva

Uşaq psixologiyası necə inkişaf edir? – MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 625

Uşaq psixologiyası prenotal dövrdən yetkinlik yaşına qədər olan müddətdə zehin inkişafı və  davranışları öyrənir. Uşaq psixolologiyası təkcə uşaqların necə böyüdükləri ilə deyil, həm də onların zehni, emosional və sosial inkişafını əhatə edir. İnsanların doğuşdan yeniyetməlik dövrünə qədər müddət ərzində necə dəyişdiyini, onu əhatə edən və bu mühüm dəyişikliklərin necə baş verdiyini izah etməyə çalışan sahədir. Bu sahə çox geniş olduğundan və bir çox suallara cavab verməyə çalışdığından inkişaf konkret sahələrə bölünür: uşaqların fiziki, koqnitiv və sosial – emosional inkişafı .

Bu mərhələlər uşağın eyni yaş aralığında yerimə və danışma kimi əldə etdiyi bacarıqları əks etdirir. Uşaqların bu bacarıqlara necə çatdığını, bacarıqların necə inkişaf etdiyini, sosial və mədəni amillərin onların inkişafına necə təsir etdiyini araşdırır.

Usaq

Diqqət uşaqlarda çox erkən inkişaf etməyə başlayır.

Uşaqlıq bir insanın həyatında çox təsirli bir dövrdür. Uşaqlıqda baş verən hadisələr, hətta ən kiçik, əhəmiyyətsiz hadisələr belə yetkinlik dövründə özümüzü necə hiss etdiyimizə və ya davranışımıza təsir edə bilər. Ona görə onların təqlidçilik xüsusiyyətlərini nəzərə alaraq, yanında mənfi, düzgün olmayan hərəkətlər edilməməlidir. Görkəmli pedaqoq P.F. Lesqaft yazıb,”Uşaqda baş verən bütün yaramaz halların səbəbini onun özündə axtarmağa təşəbbüs göstərənlər, uşaqda təzahür edən sifətlərin onu əhatə edən adamlara məxsus xüsusiyyətlərin inikası olduğunu unudurlar, uşaqda görmək istəmədiyin hərəkətləri özün etmə”.

Uşağın ətraf aləmi dərk etməsiylə yanaşı, öz – özünü dərk etməsi də inkişafın zəruri şərtlərindəndir, fəaliyyət prosesində təzahür edir. Kommunikativ fəaliyyət prosesində uşaq öz tərəf müqabilinin  idrak obyektinə çevrilir və onun reaksiyalarına əsasən öz hərəkətlərini müəyyənləşdirir.

valideyn

Son zamanlarda uşaqlarda nitq ləngiməsinə tez-tez rast gəlirik. Bunun bir çox səbəbləri vardır: orqanik ,funksional, sosial – sosial psixoloji.

Günün çox hissəsini telefon və ya televiziya qarşısında keçirən uşaqlarda bu problem özünü daha qabarıq şəkildə göstərir. Valideynlər uşaqlarla nə qədər çox ünsiyyət qursa, oyunlar oynasa uşaqlar bir o qədər inkişaf edər. Çünki uşaqlar daha çox oyun oynayaraq öyrənirlər.

 

Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir