Uşaq pudrası anaların ən yaxın köməkçisidir. Onlar körpələrinin həssas dərisini qorumaq üçün adətən bu vasitələrdən istifadə edirlər.
Türkiyə mətbuatında yer alan məlumatlarda bildirilir ki, mütəxəssislər ölkə daxilində satışa çıxarılan 21 fərqli körpə tozunu araşdırıblar. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi, Dünya Səhiyyə Təşkilatı və Beynəlxalq Əmək Təşkilatı tərəfindən 5 markada “müəyyən kanserogen” olaraq təyin olunan “asbest” maddəsinə rast gəliblər. Məlum olub ki, bəzən şüursuzca istifadə edilən uşaq tozları yeniyetmələrdə və körpələrdə illər sonra ölümcül xəstəliklərə səbəb ola bilər.
Uşaq tozunun zərərləri nələrdir?
Uşaq pudrası ənənəvi olaraq körpələrdə uşaq bezinin yaratdığı səpkilərin qarşısını alır və dərilərinin yumşaq olmasını təmin edir. Səpki, körpələrdə ən çox rast gəlinən dəri problemidir. Buna görə də analar səpki problemi üçün bir neçə metodlardan istifadə edirlər, toz da onlardan biridir.
Eyni zamanda, körpə tozu gözəllik sahəsində istifadə edilən çox təsirli bir məhsuldur. Mütəxəssislər buna qətiyyətlə “yox” deyir. Çünki bu maddə əslində bədəndəki nəmi çəkərək içinə hopur. Bu da dərinin qurumasına gətirirb çıxarır və daha çox səpkiyə səbəb olur. Pudra toz halında olduğuna görə tökülərkən ağciyərlərdəki alveollara enə bilər. Bu da ağciyərə yad bir cisim olaraq təsir göstərər.
Uşaq pudrası boyun, qoltuqaltı, cinsiyyət bölgəsi və qırışların altına yığılır. Nəticədə bu bölgələrdə ikinci infeksiyaların yerləşməsinə səbəb ola bilər.
Uşaq tozunda olan asbest ağciyər xərçənginə səbəb olur. Bu səbəbdən bəzi ölkələrdə, xüsusən Amerikada uşaq tozunun istifadəsi qadağan edilib.
Uşaq tozunun toz hissəcikləri sidik-cinsiyyət sistemindən keçərək yumurtalıqlarda yerləşə bilər. Araşdırmalara görə, cinsiyyət orqanlarında tez-tez istifadə olunan körpə tozu yumurtalıq şişlərinə səbəb olur.
Təbii uşaq pudrasını necə hazırlamaq olar?
Bunun üçün bizə yarım stəkan qarğıdalı nişastası, 5-6 damla çobanyastığı yağı lazım olacaq. Nişastanı bir şüşə qaba qoyun. Daha sonra nişastanın üzərinə bir neçə damla çobanyastığı yağı tökün. Onları yaxşı qarışdırın. Əldə etdiyiniz bu tozu körpənizə könül rahatlığı ilə istifadə edə bilərsiniz.