Fazile Camalova

Uşaq rəsmləri və şəxsiyyət analizi - PSİXOLOQ YAZIR

Baxış sayı: 507

Uşaq rəsmlərinin çoxsaylı araşdırmaları göstərdi ki, rəsm çəkmənin inkişafında bir-birini müəyyən ardıcıllıqla əvəzləyən dəqiq yaş dövrləri mövcuddur. Uşaqların əqli inkişaf pozuntularında bir mərhələdən digərinə keçmə prosesində geriləmə, erkən dövrlərdə  ləngimə müşahidə edilir.

İnsanın şəxsiyyət xüsusiyyətlərini müəyyən etmək üçün aparılan rəsm testləri proyeksiya prinsipinə, yəni öz narahatlıqlarının, təsəvvürlərinin, meyillərinin və s. xaricə çıxarılmasına əsaslanır. Bəzən hər hansı bir şəkil çəkərkən insan qeyri-iradi, bazən isə şüurlu şəkildə özünün ona olan münasibətini ifadə edir. Insan onun üçün vacib olan bir şeyi çəkməyi çətin ki unutsun, ikincidərəcli hesab etdiyinə isə daha az diqqat ayıracaqdır. Əgər hansisa mövzu xüsusi olaraq narahat edirsə, onu çəkərkən təşviş əlamətləri görünəcək. Rəsm həmişə hər hansı obrazlarda gizlənmişdir. Burda ən vacib məsələ müayinə  zamanı  şəxsin  nə demək istədiyini anlamaqdır. İnsanın şüurlu, dərk olunan münasibətlərini birinci növbədə şüuraltı, dərk olunmayan impuls və narahatlıqlarını əks etdirməsi üçün vacibdir. Məhz buna görə, özünü realda olduğundan fərqli göstərmək, rəsm testlərini “saxtalaşdırmaq” çətindir.

Digər tərəfdən  insanın bir çox psixoloji xüsusiyyətini müəyyən etməyə imkan verir. Bununla yanaşı, onların keçirilməsi sadədir, qələm və vərəqdən başqa xüsusi materiala ehtiyac duyulmur.

Rəsm metodikalarının digər müsbət cəhəti onların təbiiliyi insanın adi davranış və fəaliyyətinə yaxınlığıdır. Bu və ya digər rəsm çəkmə təcrübəsi demək olar ki, hər bir insanda mövcuddur. Bu məşğuliyyət daha çox uşaqlara yaxındır, buna görə da, uşaqların müayinəsi zamanı rəsm metodları daha çox istifadə olunur. Metodikanın yerinə yetirilməsi üçün nitqin inkişafının yüksək dərəcədə olması vacib deyil,uşaq təlimatı asanlıqla anlayır və yerinə rahat yetirə bilir. Rəsm testləri  məktəbəqədər yaşdan başlayaraq böyük yaşlarda da  psixoloji vəziyyəti aşkarlamağa gözəl bir nəticə verir. Müxtəlif cür rəsm testləri vardır ki, bunlarla bir çox analizlər etmək psoblemi aşkarlamaq olar.

İnsan rəsmi

Mövcud olmayan heyvan rəsmi

Ailə rəsmi

Heyvanlar ailəsi rəsmi

Gözəl rəsm

Gözəl ağac rəsmi testi və s.

Sadaladığımız rəsm testləri ilə keçmişdəki və hal hazırdakı emosional vəziyyət aşkarlana bilər.

 

Fazilə Camalova

Psixoloq, refleksoloq




9 şərh “Uşaq rəsmləri və şəxsiyyət analizi – PSİXOLOQ YAZIR

  1. Azad

    Yazıda, rəsm çəkmənin insan psixologiyası ilə bağlılığına diqqət çəkilir. Bu, dərin bir yanaşmadır.

    Cavabla
  2. Səbinə

    Rəsm testləri, uşaqların özlərini ifadə etməsinin sadə bir yoludur. Yazıda bu cəhət gözəl təsvir edilib. Təşəkkür edirəm.

    Cavabla
  3. Əziz

    Rəsm çəkmənin uşaqların emosional ifadəsi üçün nə qədər əhəmiyyətli olduğunu vurğulamaq çox faydalıdır. Yaxşı tədqiqat!

    Cavabla
  4. Kanilə Rəhimli

    Yazıda bəzi rəsm testlərinin təsiri haqqında daha çox statistik məlumat təqdim oluna bilərdi ki, mütəxəssislərin etimadını artıra bilsin.

    Cavabla
  5. Eldar Məmmədov

    Həqiqətən, rəsmlər uşaqların duyğularını, narahatlıqlarını və düşüncələrini ifadə etmələrinin bir yolu kimi çıxış edir. Məsələn, bir uşaq heyvan rəsmi çəkirsə, bu, onların sevgisini və ya qorxusunu əks etdirə bilər.

    Cavabla
  6. Aysu Məmmədova

    Məqaləniz çox maraqlıdır! Uşaq rəsmlərinin inkişaf mərhələlərini və psixoloji aspektlərini ətraflı şəkildə açıqlayırsınız

    Cavabla
  7. Məlahət Fəttahova

    Rəsm testlərinin insanın daxili dünyasını və şəxsiyyət xüsusiyyətlərini aşkarlamağa yardım etməsi, onların sadəliyi və universallığı müsbət cəhətlərindəndir. Bu metodların uşaqlara yaxın olması, onların öz emosiyalarını ifadə etmələrinə imkan tanıyır.

    Cavabla
  8. Ləman Tahirova

    Məqalə, uşaq rəsmlərinin psixoloji aspektlərini və onların şəxsiyyət xüsusiyyətlərini müəyyən etmə gücünü mükəmməl izah edir. Rəsm çəkmə, uşaqların iç dünyasını əks etdirən bir vasitədir; bununla yanaşı, uşaqların emosional vəziyyətini anlamaya kömək edir. Rəsm testlərinin sadəliyi və təbiiliyi, onları effektiv bir müayinə metodu halına gətirir. Bu, xüsusən də uşaqların inkişafını izləmək üçün son dərəcə vacibdir. Metodların müxtəlifliyi, daha geniş analiz imkanları yaradır. Bu yanaşmaların hər biri insan psixologiyasını daha dərindən anlamağa yönəlib.

    Cavabla
  9. Kamala Nabiyeva

    Fazile xanimin yazilarini izledikce yazinin axiciligi adami oxuduqca oxumaga vadar edir. Bir oxucu kimi ona tesekkur edirem. Hem de yazilari bir valideyn olaraq yolumuza isiq tutur

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir