hamile

Uşaq sahibi olmaq istəyənlər üçün… – Mütləq oxuyun!

Baxış sayı: 1. 703

Beləliklə, siz uşaq sahibi olmaq qərarına gəlmisiniz. Bir çox ailə cütlükləri buna mümkün qədər tez nail olmaq istəyir.

Bu mümkündürmü? Bəli, mümkündür. Sadəcə həkimlərin bəzi məsləhətlərinə riayət etmək lazımdır.

1. Gələcək ana və ata mütləq düzgün və faydalı qidalanmalıdırlar. Hamiləliyə hazırlıq dövründə arıqlamaq məqsədi ilə tutulan pəhrizlərdən imtina etmək lazımdır. Rasionunuzda daim təzə meyvə-tərəvəz, göyərti, ət, balıq, paxlalılar, dənli bitkilər, süd məhsulları olmalıdır. Ət, qoz-fındıq, balıq spermanın göstəricilərinə yaxşı təsir edir.

2. Kifayət qədər yatın və dincəlin, havada olun. Bu, çox vacibdir.

3. Stress vəziyyətlərindən uzaq olun. Əgər qadın daim stress vəziyyətlərində olursa, bu halda onda menstrual dövrü pozula bilər (menstruasiyalar geyri-müntəzəm olur, ovulyasiya baş vermir). Kişilərdə isə uzun müddətli stresslər nəticəsində hətta impotensiya inkişaf edə bilər.

Əgər hətta bütün lazım olan müayinə və analizlərdən keçdikdən, bir neçə kurs müalicə aldıqdan sonra arzuladığınız hamiləlik baş tutmursa, ruhdan düşməyin, hamiləlik haqqında fikirləri özünüzdən uzaqlaşdırın, həyatınızı davam edin. Bir çox ailə cütlükləri təsdiq edə bilərlər ki, hamiləlik məhz bu haqda artıq fikirləşmədikdə, sonsuzluqla tam barışdıqda baş tutub.

4. Həkimlər qadınlara cinsi əlaqədən sonra 10-15 dəqiqə ərzində uzanmaq və 2-3 saat ərzində duş qəbul etməmək, uşaqlıq yolunu yumamaq məsləhət görürlər. Bu halda spermatozoidlərin daha çox hissəsi uşaqlığın boşluğuna çata bilər ki, bunun nəticəsində hamiləlik ehtimalı da artır.

Cinsi əlaqədən sonra uşaqlıq yolunu “sprinsovka”, duş və s. vasitələrlə dərin yumaq olmaz. Bu halda cinsi əlaqə zamanı vaginaya düşən spermatozoidlər mexaniki olaraq buradan yuyulur və nəticədə qadının hamilə qalmaq şansı da azalır. Üstəlik belə dərin yuyunmalar nəticəsində uşaqlığın normal mikroflorası da pozulur ki, bu, müxtəlif qadın cinsiyyət sistemi xəstəlikləri və pozulmaları üçün çox “əlverişli” şərait yaradır. Uşaqlıq yolu özü özünü təmizləyən bir orqandır. Əlavə “təmizkarlıq” burada artıqdır və hətta ziyanlıdır.

5. Qadın yalnız ovulyasiyadan (yumurtalıqdan yumurta hüceyrəsi çıxdığı anı) sonra hamilə qala bilər. Yumurta hüceyrəsi ovulyasiyadan sonra təxminən 24 saat ərzində yaşaya bilər. Spermatozoidlər isə qadın cinsiyyət yollarında 3 (hətta 5) günə kimi öz mayalanma qabiliyyətini itirmədən qala bilirlər. Beləliklə, ovulyasiyadan 1-3 gün əvvəl və ovulyasiya günü cinsi əlaqədə olan qadının hamilə qalmaq ehtimalı yüksək olur. Ovulyasiyanı dəqiq təyin etmək üçün müxtəlif üsullar var – xüsusi ovulyasiya testləri, bazal hərarətinin ölçülməsi, USM (follikulometriya).

Lakin ovulyasiya gününü dəqiq təyin edə bilməyən qadınlara həkimlər belə məsləhət verir – menstrual dövrün təxminən 9-cu günündən 18-ci gününə qədər (menstruasiyanın 1-ci günündən sayılır) bir gündən bir cinsi əlaqədə olmaq.

6. Həkimlər kişilərə isti və soyuq prosedurlardan (məsələn, soyuq suda çimmək, saunaya getmək, isti vanna qəbul etmək və s.) çəkinmək, ağır fiziki yükləmələrdən (idman və s.) uzaq olmaq məsləhət görürlər ki, bu, kişilərdə spermanın göstəricilərinə mənfi təsir edir. (saglamolun.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir