Bu məsləhətlərə əməl etməklə uşağınızla münasibətinizi gücləndirəcəksiniz.
1. Onların səviyyəsinə enin
İlk edə biləcəyiniz onun səviyyəsinə enməkdir. Dizlərinizin üstündə oturun, yanaqlarını ovcunuza alıb demək istədiyinizi yumşaq bir şəkildə deyin.
2. Əmr verməyin
Cavab eşitmək istəmirsinizsə, sual verməyin və heç vaxt əmr etməyin. “Əgər şalvarını geyinsən, gəzməyə gedəcəyik”, – deməklə onu yola gətirin.
3. Özünüzü dəqiq şəkildə ifadə edin
Uşaqların lüğət tərkibi sizinki qədər geniş deyil. Buna gör bir şey demək istədiyinizdə daha dəqiq sözlərdən istifadə edin. Sözlərinizi yanlış anlaya, ya da heç anlamaya bilər. Başa düşə biləcəyi dildə danışın.
4.Uşağınıza dediyinizi təkrarladın
Uşağınızın sizi dinlədiyindən əmin olmaq üçün dediyinizi təkrarlamasını istəyin. Bununla sizin nə istədiyinizi anlayacaq. Münasibət qurmaq asan anlaşıla bilən sözlər, cümlələr vasitəsilə baş tutur. Yanlış anlamaması üçün dəqiq bir şəkildə fikrinizi bildirin və sizi anladığından əmin olun.
5. Sistemli olun
Onlara dərs öyrənmək üçün gündəlik rejim tətbiq etmək olar. Uşaqlar onları nəyin gözlədiklərini bildiklərində daha yaxşı davranırlar. Kefinə görə dəyişikliklər edilməsinə icazə verməyin. Hər zaman qadağalar qoymaq düzgün deyil. Arada bir istədiyi şeyi etməyə icazə verin.
6. Cəzalandırın, ya da mükafatlandırın.
Övladınızın sizi dinləməsini istəyirsinizsə, son üçün ya cəza müəyyənləşdirin, ya da mükafat. Sözünüzə əməl etmədiyində onu nə gözlədiyini bilməlidir. Əgər sizi dinləyirsə, mükafatlandırın. Hər dinlədiyindədə mükafat vermənizə gərək yoxdur, arada bir verməklə müdirin siz olduğunu xatırladın.
7. Verdiyiniz nəsihətlərə özünüz də əməl edin.
Uşağınızın ondan istədiyinz şeyləri sizdə görməsi çox önəmlidir. Uşaqlar eşitdiklərini deyil, daha çox gördüklərini edərlər. Valideyn olmaq asan deyil, hətta o qədər əsəbləşə bilərsiz ki, ağlayarsınız da. Buna görə səbrli olun.
8. Sakit olun
Uşaqlarınız sözünüzü dinləmirsə, əsəbləşdiyinizdə başqa bir otağa keçib nəfəs alın. 100-ə qədər sayıb sakit şəkildə geri dönün. Əgər yenə düzəlməzsə, heç nə danışmayın. Bir neçə gün sonra uşağınızla yenidən danışmağa cəhd edin. Əgər siz əsəbləşsəniz, uşağınız sizi heç dinləməyəcək.
9. Diqqəti yayındıran şeyləri ortadan yığışdırın
Uşaq, ya yeniyetmə olsun, fərq etməz. Hər ikisiylə də danışarkən onun diqqətini cəlb etmək çətin olar, buna görə diqqətini yayındıracaq şeyləri ortadan qaldırın. Tam olaraq sizi dinləməsinə çalışın. /ailem.az/