Möcüzələrə inanırsınız? Bəs öldükdən sonra insanların dirilməsinə? “Gencaile.az” bununla bağlı real heyrətamiz hekayələri nəzərinizə çatdırır.
Öləndən 6 gün sonra mətbəxdə yemək hazırlayan nənə
95 yaşlı Li Xiufeng yataq otağında “ölü” tapıldıqdan sonra cənazəsi hazırlanana qədər evdə saxlanılıb. Səhərisi evə yasa gələn qohumlar tabutun boş olduğunu görüblər. Bütün evə baxandan sonra Xiufengi mətbəxdə yemək bişirən görüblər. Yaşlı qadın yaxınlarına “çox yatdım. Oyananda acmışdım. Özümə yemək hazırlamaq istədim”, – deyib.
Həkimlərin açıqlamasına əsasən, həmin qadın “saxta ölüm”dən oyanıb və tabutundan çıxıb.
Morqda kömək üçün qışqıran adam
Cənubi Afrikadan olan bir şəxs ailəsinə ölüm xəbəri verildikdən bir gün sonra morqda oyanıb. Astma tutmasından ölən adam morqda bağlı bir bölməyə qoyulub. Bir neçə saat sonra morqda çalışanlar kiminsə kömək istədiyini eşidib və bunun bir ruh olduğunu zənn ediblər. Morqun müdiri “Çox qorxmuşdum, amma işçilərimə bunu bəlli edə bilməzdim”, – deyə bildirib. Dərhal polisə xəbər verilib. Həmin şəxs soyuducudan çıxarılanda rəngi ağappaq olub.
Tabutdan durub su istədi, sonra…
Braziliyalı Kelvin Santos sətəlcəmdən həyatını itirib. Cənazə mərasimində tabutun ağzı açıq olduğu zaman azyaşlı Kelvin bir anda qalxıb və atasından su istəyib. Bu zaman ətrafdakı insanlar qorxaraq qışqırmağa başlayıb. Valideynləri onun möcüzəvi şəkildə həyata döndüyünü düşünsə də, uşaq təkrar yerinə uzanaraq, bir daha oyanmayıb. Həkimlər araşdırdıqdan sonra Kelvində heç bir həyat nişanəsi olmadığını söyləyiblər. Ailəsi isə uşağın yenidən oyanma ehtimalına ümid edərək, cənazəni bir müddət təxirə salıblar.
Öləndən 12 saat sonra morqda ağlayan körpə
Luz Milaqros Veron adının mənası “Möcüzə işığı” deməkdir. Bu uşaq həqiqətən möcüzəvi bir doğuşla dünyaya gəlib. Həkimlər vaxtından 3 ay erkən doğulan uşaqda heç bir həyat nişanəsi olmadığını söyləyib. Lakin körpə morqa göndəriləndən 12 saat sonra bağlı tabutun içində ağlamağa başlayıb. Onun bədəni buz kimi soyuq olsa da yaşayırdı.
Qucaqlayarkən nəfəs almağa başlayan ana
Braziliyada 60 yaşlı bir qadın ağciyər infeksiyasından öldükdən sonra plastik bir torbaya bükülərək morqda saxlanılıb. Qadının qızı Rosangela Celestrino anası ilə vidalaşmaq üçün morqa gəlir və onun cəsədini qucaqlayır. Bu zaman həyatının ən böyük sürprizi ilə qarşılaşır. Anası nəfəs alırdı. Həkimlər qızın dediyinə əvvəlcə inanmasalar da, yoxladıqdan sonra qadının həqiqətən də yaşadığını anlayıblar.
Morqda 3 gün keçirdikdən sonra oyanan yaşlı qadın
Həkimlər Lyudmila Steblitskayanın ölümünü 2 dəfə elan etsə də, o, hər ikisində də həyata qayıdıb. 61 yaşlı rus qadın morqda 3 gün keçirdikdən sonra oyanaraq həkimləri və yaxınlarını qorxuya salıb. Steblitskaya ona nə olduğunu xatıırlamır. Yalnız xəstəxanada olduğunu və morqda ayıldığını xatırlayır.