Zumrud Haqverdiyeva

Uşaqda özünə dəyər hissini necə formalaşdırmaq olar?

Baxış sayı: 653

Uşaqda özünə dəyər hissini aşılamaq, sevmək,  öyrənmə və yaradıcılıq bacarığını kəşf etməkdir. Bəzi mənbələr də özünə dəyər hissi ailədə tərbiyə olunan bir təlimdir. Yüksək öz dəyərə malik olmaq üçün uşaq həm sevgi dolu həm də bacarıqlı olmasına şərait yaratmaqdır. Uşağın dəyəri və sevgini hiss etməsi onun gələcəkdəki həyatına təsir edəcəkdir. Öz dəyəri formalaşdırmaq üçün nələr etmək olar?

1) Şərtsiz sevgi göstərmək.  Etdiyi səhvlərə baxmayaraq onu sevdiyinizi hiss etməlidir. “Səni sevirəm” mesajını hər zaman hiss etməlidir. Ola bilər bacarıqlı olmasın kifayət qədər, ola bilər sizin istədiyiniz kimi olmasın, lakin onu şərtsiz sevdiyinizi hiss etməlidir.

2) Qəzəbli olsanız da, məsuliyyətli olmalısınız. Misal üçün: Hansısa bir davranışı etdiyi zaman, “Sən çox pis uşaqsan” demək yerinə, “Sən, bunu etdiyin üçün özümü çox pis hiss edirəm” tipli duyğularınızı ifadə edəcək cümlələrdən istifadə edin.

3) İstəklərinizi açıq ifadə etmək. İstəklərinizi açıq şəkildə ifadə etməyiniz ondan nə istədiyinizi açıq şəkildə anlamasına kömək olacaqsınız.

4) Dinləyin. Sizə hansısa mövzuda fikirlər dediyində onu həqiqətən dinləyin. Əgər o zaman uyğun deyilsinizsə, konkret nə zaman onunla danışa bilərsinizsə dilə gətirin və onunla danışacağınız zamanda müzakirə edin.

valideyn

5) Duyğularını ciddiyə alın. Müsbət və mənfi duyğularını görməzdən gəlmək yerinə, onu dinləyin və bunu sağlam şəkildə adlamasına kömək edin.

6) Onunla baş-başa zaman keçirin. Sizin zamanınız qısa ola bilər. Lakin bununla yanaşı övladınıza zaman ayırın və onunla yaxından təmas qurun.

7) Bəzi şeylərin onun özünün etməsinə şərait yaradın. Valideynlər bəzən aşırıd dərəcədə hərşeyi özləri həll etməyə can atırlar. Bu uşağa” Sən bacarmazsan “ mesajını verəcəkdir. Özünə uyğun tapşırıqları etməsinə şərait yaradın.

8) Şəxsi əşyalarına hörmətlə yanaşın. Hətta hansısa bir əşyalarını atanda belə, çox zaman valideynlər qərar verirlər.Əşyalarını atmadan əvvəl, mütləq özünə deməlisiniz.

9) Seçimlərinə hörmətlə yanaşın.

10) Sevginizi fiziki olaraq da ona göstərin. Onu öpün, qucaqlayın.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir