valideyn

Uşaqla doğru ünsiyyət qurmağın 6 yolu

Baxış sayı: 1. 530

Uşaq tərbiyə edərkən  onunla qurduğunuz ünsiyyət forması çox əhəmiyyətlidir. Bu ünsiyyət formasının, həyat boyu onunla qurulacaq əlaqənin təməlini təkil edəcəyini söyləyən mütəxəssislər, doğru ünsiyyətin 6 qızıl qaydasını açıqlayıblar.

 

“Gencaile.az”  həmin qızıl qaydaları təqdim edir:

Əvvəlcə uşağınızı yaxşı dinləməyi öyrənməlisiniz. Onu dinləyirmiş kimi etməyin, bunu dərhal hiss edəcək. Əgər bir işiniz varsa, bir az gözləməsini və birazdan onu qulaq asacağınızı söyləyin.

Səhv hərəkət etsə belə, o haqda danışmamışdan əvvəl onun müsbət keyfiyyətlərindən bəhs edin. Beləliklə, ona qarşı sevginizin əskilmədiyini hiss etdirəcəksiniz. Müsbət keyfiyyətlərindən sonra isə mənfi hərəkətlərindən danışıb həll yollarını birgə tapmalısınız.

Gün ərzində ona yaşına uyğun işlər tapşırın. Etdiyi hər işə görə isə ona təşəkkür etməyi unutmayın.

Söz verdiyiniz şeylərə mütləq əməl edin. Əks halda sizə qarşı güvəni azalacaq.

Onu sevdiyinizi dilə gətirməlisiniz. Sevgiylə böyüyən bir uşaq həyata qarşı daha güclü olur.

Ana və ata olaraq hər axşam övladınızla xüsusi təkrarlanan fəaliyyətlər planlayın. Bir uşaq üçün ananın yeri ayrı, atanın yeri ayrıdır. Bu səbəblə bir-birinizin rollarını almaq üçün səy göstərməyin. Hər axşam sizinlə ən az bir şey edəcəyini bilməsi onu xoşbəxt edər, rahatlaşdırar və əlaqənizi gücləndirər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir