Oyun oynamaq;uşağın özünü ifadə etməsini, xəyal gücünü, düzgün ünsiyyət qurmaq bacarığını formalaşdırır. Eyni zamanda oyun “Sevgi” dilidir.
Gördüyümüz praktikaya əsasən, valideynlərin uşaqları ilə birlikdə əyləncəli zaman keçirməsi, uşaqların davravışının düzgün formalaşması, depressiyaya məruz qalma riskini azaldır. Əyləncəli oyunlar valideynlərin gərginliklərini azaltmaqla yanaşı uşağın mənfi duyğulara qarşı dözümlü olmağa səbəb olur.
Əyləncəli zaman keçirmək yalnız oyuncaqlarla oynamaq deyildir. Yeməyini yemirmi? Geyimini geyinmək istəmirmi? Yeməyin və geyimin dilindən danışaraq oyuna çevirə bilərsiniz. Misal; Məni yeyən bir uşaq axtarıram… Dərsə gedərkən çölə çıxmaqda çətinlikmi çəkirsiniz? Küçəyə qədər yarış edə bilərsiniz.
Valideynlər oyun zamanı nələrə diqqət etməlidirlər?
Uşağın hansı tip oyunları oynamağı sevir? Buna diqqət etmək gərəkdir. Əgər oyun zamanı övladınız mənfi duyğular yaşayırsa ötüb keçməyin. Onun niyə bu duyğuları yaşadığını oyun əsasında öyrənin daha sonra oyuna davam edin.
Övladınıza oyub oynamağı və mizah anlayışını öyrədin. Siz orda olmasanız belə özü sərbəst oynaya bilsin.
Əgər sizin narahatlığınız azalmırsa və idarə edə bilmirsinizsə bu uşağın davranışında mənfi yöndə təsir edəcəkdir. Bunun üçün mütəxəssisdən psixoloji dəstək alın.
Zümrüd Haqverdiyeva
“Peşəkar Psixoloqlar İctimai Birliyi”nin psixoloqu