usaqlar

Uşaqlar arasında neçə yaş fərq olmalıdır?

Baxış sayı: 319

Hər şeydən əvvəl deyək ki, bir uşağın ailədə sahib olduğu qardaşların (və ya bacıların) sayı onun istər şəxsiyyətinin, istərsə də, xarakterinin formalaşmasında mühüm rol oynayır. Çünki uşaq ailədə tək olduqda qardaşları (və ya bacıları) ilə yaşayacağı təbii sosiallaşma prosesini yaşaya bilmir və bu prosesi yaşaya bilmədiyi üçün də sosial inkişafdan geri qalır. Hətta uşaq müəyyən bir yaşdan sonra uşaq bağçasına və ya məktəbə getsə belə, başqaları ilə yaşadığı sosiallaşma prosesi öz qardaşları (və ya bacıları) ilə yaşadığı sosiallaşma prosesini əvəz edə bilmir. Təbii ki, bu məsələdə uşaqlar arasındakı yaş fərqinin də rolu böyükdür.

USAQLAR

 Elə isə uşaqlar arasında neçə yaş fərq olmalıdır?

Uşaqlar arasında 1 və ya 2 yaş fərq olarsa: Əgər uşaqlar arasında 1 və ya 2 yaş fərq olarsa, belə hallarda ilk uşağın emosional inkişafdan qalmaq ehtimalı çoxdur. Çünki ana yeni uşağa hamilə olduqda, əvvəlki uşağın südünü kəsmək məcburiyyətində qalır. Halbuki, emosional inkişaf üçün uşaq minimum 24 ay südlə qidalanmalııdır. Digər tərəfdən, belə hallarda ananın bətnindəki uşağa köklənməsi və bətnindəki uşağa kökləndiyi üçün də əvvəlki uşağı “unutması” təbiidir.

Uşaqlar arasında 3 yaş fərq olarsa: Bu yaş dövründə uşaqlar bir qayda olaraq eqosentrik (fərdin öz nəzər nöqtəsindən başqa hər hansı digər fikri qəbul etməməsi) olurlar. Buna görə də, hətta uşaqlar 24 aylıq südlə qidalanma prosesini tamamlasalar belə, bu yaş dövründə eqosentriklikləri ilə ön plana çıxırlar. Belə olduqda, uşaqlar arasında yaş fərqinin 3 olması uşaqlar üçün ciddi bir problem təşkil etməsə də, ana üçün problem təşkil edə bilər.

Uşaqlar arasında 4 yaş fərq olarsa: 4 yaş dövrü uşaqlarda təkcə eqosentriklik dövrünün yox, həmçinin kiçik yetkinlik dövrünün də başa çatması deməkdir. Bu dövrdə uşaqların sosiallaşmaq üçün bir qardaşa (və ya bacıya) ehtiyac hiss etməsi də təbiidir. Əgər bu prizmadan baxsaq, 4 yaş dövrü həm ana, həm də uşaq üçün psixoloji baxımdan ən əlverişli dövrdür.

 

Aygün Vəliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir