dis fircasi

Uşaqlar diş fırçasından nə vaxt və necə istifadə etməlidirlər?

Baxış sayı: 1. 462

Mütəxəssislər uşaqların 2 yaşından öncə diş məcunundan istifadəsini məsləhət görmür. “Gencaile.az”  uşaqlarda diş fırçalama incəliklərini addım-addım sizə təqdim edir.

 

Diş necə fırçalanmalıdır?      

– Diş fırçalama cəmi 2 dəqiqə davam etməlidir. Hər dişin üstü 8-10 dəfə fırçalanmalıdır.

– Diş fırçalayarkən diş əti və dişin ətə birləşən yerləri xüsusilə fırçalanmalıdır. Çünki yemək qalıqları ən çox həmin hissədə yığılıb qalır.

– Düzgün fırçalamaq üçün diş fırçasını ön dişlərdən başlayıb ağız boşluğuna doğru fırçalamaq lazımdır.

– Diş ətlərini zədələməmək üçün ön dişlərdən dairəvi şəkildə fırçalamaqla arxa dişlərə doğru davam etmək lazımdır.

– Sonra dişlərin arxa hissəsi də bu cür təmizlənməlidir.

 

– Dişlərin çeynəmək funksiyasını yerinə yetirən alt hissələrini isə irəli-geri düz şəkildə fırçalamaq doğru olar.

 

Uşaqlarda diş məcunundan istifadə necə olmalıdır? 

Uşaqlar üçün diş məcunu fərqi elə də önəmli deyil. Ancaq diş məcununun dadına öyrəşənə kimi yaxşı dadı olan xüsusi məcun almaq lazımdır. Çünki uşaqlar ağızlarını yaxalayıb yaxşı tüpürmədiklərindən dişlərin dibində qalan diş məcununu uda bilirlər. Fırçanın üzərinə mərci boyda diş məcunu qoymaq bəsdir. Diş məcununun tərkibində florun miqdarı çox olduğundan diş çürüklərinə səbəb ola bilir. Ona görə də uşaqların diş məcunundan 2 yaşından öncə istifadəsi məsləhət görülmür.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir