rena bayramova

Uşaqlar necə arıqlamalıdırlar? – Pediatr, kliniki dietoloq yazır

Baxış sayı: 1. 498

Müasir dövrdə artıq çəkidən nəinki böyüklər, hətta uşaqlar da əziyyət çəkir. Kiçik yaşlarından kökəlməyə meylli uşaqlar valideynlərdə narahatlıqlar doğurur.

Bəs belə hallarda nə etməli? Uşaqlar üçün arıqlamaq yolları düzgün qidalanma və aktiv həyat tərzindən ibarətdir.

3-4 yaş uşaqlar üçün arıqlamaq yolları – düzgün qidalanmadır ancaq!

5 yaşına qədər uşaqlarda fiziki inkişaf dalğavaridir. Yəni bəzi dövrlərdə çəkinin artması heç də kökəlmə mənasını vermir. Bu yaşlardan etibarən uşaqlarda sağlam qidalanma vərdişlərini formalaşdırmaq lazımdır. Sadəcə unutmayın ki, 5 yaşına qədər uşaqları arıqlamaq üçün pəhrizə otuzdurmaq olmaz!

usaq

3-4 yaş uşaqlar üçün düzgün arıqlamaq yolları

Menyu

Səhər 08:00 – 200 qram südlü sıyıq, 100 ml suda hazırlanmış və 50 ml süd əlavə olunmuş kakao, 30 qr peçenye, 5 qr kərə yağı;

İkinci səhər yeməyi 10:30 – 100 qr sobada kəsmik, 150 ml meyvə şirəi!

Nahar  13:00 – 150-180 ml ət bulyonunda şorba, 70  qr soyutma ət, 80 qr kartof püresi, 50 qr tərəvəz salatı, 2 dilim çörək, 150 ml kompot!

Atışdırma (snack) 15:30– 150 ml kefir ya da süd, 100 qr giləmeyvə və ya ½ böyük meyvə!

Şam yeməyi  19:00 – 200 qr tərəvəz salatı, 30 qr çörək, 150 ml kefir!

yemek

5-12 yaş uşaqlar üçün arıqlamaq yolları

5 yaşdan yuxarı uşaqlarda arıqlamaq yolları, daha doğrusu pəhriz bir qədər fərqlidir. Qida rasionu balanslaşmış və faydalı olmalıdır. Orqanizmi boş kalorilərlə yükləmək olmaz!

Menyu

Mötərizədə qeyd olunan qida məhsullarının hər biri növbə ilə günaşırı bişirilir.

Məsələn, bir gün səhər yeməyində qarabaşaq (qreçka), ertəsi gün isə yulaf sıyığı, sonra düyü, bulğur  hazırlayırsınız. Hamısını birdən verməyin.

Səhər: sıyıq (düyü, yulaf, qarabaşaq)

Sıyığın tərkibi

100 ml su

2 x.q. yarma

100 ml süd

1 çay qaşığı şəkər

1 çimdik duz

2 ç.q. zeytun yağı

bir qədər qurumeyvə (kişmiş, qaragavalı, qaysı)

xırdalanmış qoz-fındıq

Nahar vaxtından 15-20 dəqiqə əvvəl: kokteyl.

Böyüklərin içdiyi arıqlamaq üçün kokteyllər uşaqlarınkından bir qədər fərqlənir.

Uşaqlara verilən arıqlamaq üçün kokteylin resepti:

Təbii qatıq – 50 ml

Yumşaq kəsmik – 50 qr

İstənilən meyvənin şirəsi – 30 ml

Meyvə və ya giləmeyvələr – 30 qr

Uşağa allergiya verməyən meyvələrdən, şirələrdən seçin.

Naharda: kiçik porsiya şorba, yarım dilim çovdar çörəyi

Şam yeməyində: 100-200 ml istənilən süd məhsullu içki (qatıq, kefir)

Uşaq sutkada maksimum 100 qr çovdar çörəyi yeməlidir.

rena bayramova

 

5-12 yaşda uşaqlar üçün arıqlamaq yolları – 2 həftəlik dieta

Bütün səhər yeməklərində və atışdırmalarda kokteyl içəcək. Hər gün naharda yarım porsiya şorba vacibdir.

 

I həftənin menyusu

1-ci gün

Nahar – tərəvəz yeməyi, buxarda bişirilmiş küftə, alma kompotu

Axşam – buxarda balıq kotleti, pomidor.

 

2-ci gün

Nahar – soyutma toyuq (dərisiz və yağsız), yaşıl noxud

Axşam – küftə, kartofdan başqa suda qaynadılmış tərəvəzlər, 2 mandarin

 

3-cü gün

Nahar – mal ətinin soyutması, bolqar bibəri ilə kələm salatı

Axşam – kəsmikli almalı zapekanka

rena b

4-cü gün

Nahar – soyutma balıqla tərəvəzlər (kartof qatmadan)

Axşam – pendirli toyuq ruleti, köklü kələm salatı

 

5-ci gün   

Nahar – hinduşka küftəsi, kərə yağı qatılmış gül kələm püresi, xiyar

Axşam – toyuq soyutması, pomidor salatı

 

6-cı gün

Nahar – buxarda mal ətindən kotlet, zeytun yağlı kələm salatı

Axşam – yaşıl noxud qatılmış soyutma balıq, portağal

 

7-ci gün 

Nahar – toyuq küftəsi, sobada bişirilən tərəvəzlər, kahı

Axşam – kartofsuz vineqret (zeytun yağı qatılmış)

 

Xülasə

Uşaqlar üçün arıqlamaq yolları pəhrizlə yanaşı, həm də idman və gimnastikadan ibarətdir. Lakin bir məqamı yadda saxlayın ki, uşağı qətiyyən yükləmək olmaz!

Və uşağınızın bədən çəkisi normadan 10-15% artıqdırsa, həkim ilə bərabər uşağınızı sağlam qidalanmaya keçirin!

 

Rəna Bayramova

MayoMed klinikasının pediatr və kliniki dietoloqu

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə və ya 055 254 05 03+970 567 874 745 whatsapp nömrəsi ilə birbaşa Rəna Bayramova ilə kontakt qura bilərlər)




1 şərh “Uşaqlar necə arıqlamalıdırlar? – Pediatr, kliniki dietoloq yazır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir