“Aqressiya” -latınca hücum, tutma deməkdir.
Aqressiya məqsədli fəaliyyət olub, başqa insana, heyvana və ya insan qrupuna ziyan verməyə yönəlir. Aqressivlik bu şəxsiyyətin aqressiyaya hazır olduğunu göstərən xüsusiyyətidir.
Aqressiyanın verbal, fiziki, özünə istiqamətlənmiş, başqalarına istiqamətlənmiş növləri vardır.
Aqressiv davranlşların kriteriyası
– başqalarını təhdid edir – verbal, jest, baxışlarla
-fiziki dava üçün şərait yaradır
– dava zamanı yaralaya biləcək əşyalardan istifadə edir
– insan və heyvanlara qarşı fiziki qəddarlıq edir
– əmlaka qəsdən ziyan
– şantaj, qəsb
– evdən qaçmaq
– məktəbə getməmək
Aqressiv uşaqların bir çox xüsusiyyətləri vardır: ətrafında olanları özünə təhdid kimi qiymətləndirir, onlara qarşı düşmənçilik edir, özünə qarşı neqativ münasibətə qarşı yüksək həssaslıq göstərir, öz aqressiyasını aqressiv davranış kimi qəbul etmir, məqsədli aqressiya zamanı günahkarlıq hissi olmur, nevroloji çatışmazlıqları olur,
Özünüdərk və özünənəzarətin səviyyəsi aşağı olur, aqressiyaya müsbət yanaşırlar, belə ki aqressiya vasitəsilə öz dəyərlərini və güclərini hiss edirlər.
Uşaqlarda aqressiyanın yaranmasının bir çox sebebleri vardır.
– Ailə- bir və ya iki valideynlə pis mübasibət, özünə qarşı laqeydlik hiss etdikdə, lazımı dəstəyi, marağı görmədikdə, uşağa qarşı zidd tələblər qoyulduqda
-Tərbiyə faktorları və böyükərin ünsiyyət üslubu – uşaqların aqressiv danışıqlarına qarşı neqativ və ya pozitiv reaksiyanin verilməsi, “ aktiv dinləmək” onun daxili aləmini dərk etmək, uşağın danışığında və ya rəftarinda yaxşı məqsədləri görmək və s
Ümumiyyətlə, belə nəticəyə gəlmək olur ki, uşaqlardakı aqressiya ailədən, ətrafından yaranır. Valideyn övladına qarşı münasibətdə çox diqqətli olmalıdır. Lazımı qədər anlayışlı, səbrli və mülayim davranmalldır. Öncə övladını dinləməyi, qayğıları birlikdə çözməyi bacarmalıdır. Valideyn aqressiv yanaşansa təbii, övlad da aqressiv böyüyür. Bu aqressiv hərəkətləri və münasibəti ətrafa yönəldir.
Bu aqressiyadan uzaqlaşmaq üçün valideyn övladına yardım etməli, əgər mümkün deyilsə, psixoloqa müraciət olunmalıdır. Çünki uşaqlıqda bu problem çözülməsə, gələcəkdə daha böyük fəsadlar baş verə bilər. Həm öz həyatına həm də doğmalarına böyük zərbə vurmuş olar.
Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva