Uşaqda olan inadkarlıq dövrü, 2-4 yaş arasıdır. Uşağın çox vaxt israr etdiyi, zaman-zaman bir iş görmək üçün ağlaya biləcəyi, qaydalara tabe olmaqda çətinlik çəkdiyi dövrdür. Ata-anasından ayrılaraq kimlik uğrunda mübarizə aparır. 18-ci aya qədər valideynlərinin dediklərini qəbul edən uşaq ayrıca fərd olduğunu anlayır və özünü sübut etməyə çalışır. Bu dövrdə uşaqlar valideynlərindən ayrılıq kimi narahatlıqlar yaşayır, digər tərəfdən isə yeni şeylər kəşf etmək axtarışında olurlar. Çox şeyi təkbaşına edə biləcəyini dərk edən uşaq öz bacarıqlarını sınamaq, ətrafını araşdırmaq üçün valideynlərinə qarşı çıxmağa başlayır, eyni zamanda onların güvənini ehtiyac duyur.
Ona görə də valideynlər üçün olduqca çətin ola biləcək bu dövr, uşağın şəxsiyyət inkişafı baxımından çox əhəmiyyətlidir. Bu prosesdə uşağın hisslərini anlamaq və birgə həllər tapmaq hər zamankindən daha vacibdir. Dil inkişafının sürətlə inkişaf edir, uşağın hissləri, düşüncələri və hadisələri arasında əlaqə yaratmağa başladığı dövrdür. Hisslərini və düşüncələrini ifadə etməyə başlayan uşaq anlayır ki, onun hər istədiyi heç də gerçəkləşmir. Beləliklə, uşaq öz istəklərini təxirə sala bilməklə yanaşı, problem həll etmə və həll yolları yaratma bacarıqlarını inkişaf etdirir.
Valideynlərə tövsiyələr
✅ İnadkarlıq dövrün uşağın inkişafı üçün vacib olduğunu bilinməsi vacibdir. Bu dövrdə ən vacib şey valideynlərin sakit ola bilməsidir. Valideynlərinin sakit qala bildiyini görən uşaq özünü təhlükəsiz hiss edə bilər. Valideynlər qəzəbli davranışlar göstərirlərsə, uşaq bunu nümunə götürərək özü də bu kimi davranışlar göstərə bilər.
✅ Uşağa təkbaşına etmək istədiyi işlərdə (yemək yeyərkən, öz paltarını seçməkdə və s.) dəstək olmaq, uşağın gələcək həyatında özünə güvənməsinə kömək edəcək.
✅ Bu dövrdə valideynlərin uşağından nə etmək istədiklərini müsbət cümlələrlə ifadə etmələri, “Yox” istifadə etməmələri vacibdir. Qadağalar qoymaq əvəzinə, uşağa qaydalara əməl etdikdə mükafatlandırmaq uşağın bu davranışını gücləndirməyə kömək edəcəkdir.
✅ Uşağa alternativlər təklif etmək, onu bu alternativlər arasından seçməyə məcbur etmək, , əsəbiləşdiyi zaman uşağın diqqətini başqa sahəyə yönəltmək vacibdir.
✅ Valideynlərin ailədə hər kəsin əməl etdiyi qaydalar haqqında ümumi dildən istifadə etməsi vacibdir.
✅ Uşağın inadkarlıq dövründə yaşadığı təcrübələr və valideynlərin reaksiyaları onların sosial inkişafı üçün vacibdir. Uşaq bu müddət ərzində sərhədləri öyrənməsə, gələcəkdə qaydaları qəbul etməkdə çətinlik çəkə bilər.
✅ Əgər inadkar davranış hər cür müsbət yanaşmalara baxmayaraq düzəlməzsə, bu, uşaqda psixi vəziyyəti göstərə bilər. Ruhi travmalar, depressiya, narahatlıq kimi vəziyyətlər uşaqlarda inadkar davranışlara səbəb ola bilər. Bu halda isə bir mütəxəssisə müraciət etmək lazımdır.
Psixoloq Zümrüd Haqverdiyeva
Bilmed Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu