nuriyye

Uşaqlar niyə intihar edir? – PSIXOLOQ YAZIR

Baxış sayı: 1. 826

Səbəbindən asılı olmayaraq bütün ölümlər insana təsir edir. Xüsusən son zamanlarda aldığımız uşaq ölüm xəbərləri, intiharları bizi sarsıdır. Azyaşlılarda intihar hallarına demək olar ki, çox rast gəlmirik. Ölüm haqda fikirlər 10 yaşında formalaşdığı üçün intihar hallarına da adətən bu yaşdan etibarən rast gəlirik. İntihar edən uşaqların əksəriyyətini oğlanlar təşkil edir. Amma intihara cəhd edənlərin çoxu qızlardır. Sadəcə onlarda bu daha çox nümayiş və istəyinə nail olma xarakteri daşıdığı üçün çox vaxt ölümlə nəticələnmir. Ümumiyyətlə, uşaq intiharlarının səbəblərini aşağıdakı kimi sadalaya bilərik:

– ailədə belə bir cəhdin olması (intihar halı)

– ailə üzvlərindən birinin itkisi

– boşanma

– münaqişə

– başqalarını cəzalandırma

– məqsədinə nail olma

– diqqət çəkmə

– günahkarlıq hissi və s.

 

Uşaqlara ən çox təsir edən ailədə baş verən münaqişə, boşanma, ana-atanın ayılmasıdır. Bəzən uşaq buna mane olmaq üçün intihara cəhd edə bilər.  Bundan başqa ailə üzvlərindən kimisə itirən uşaq intihar etməklə ona qovuşacağını düşünür və buna cəhd edir. Ən təhlükəli məqamlardan biri isə ailədə kiminsə intihara cəhd etməsidir. Uşaq bunu nümunə olaraq götürür və ilk ən çətin anında buna əl atır. Bəzən belə bir nümunənin olması yeniyetməlik, hətta yetkinlik dövründə öz təsirini göstərir.

İntihar hallarına ən çox yeniyetməlik dövründə rast gəlirik. Bu dövrdə yeniyetmələrin xarakterində, seçimlərində, fikirlərində ciddi dəyişikliklər nəzərə çarpır. Bu səbəbdən ailələr xüsusi diqqətli olmalıdır. Ailədə baş verən kiçik münaqişə belə yeniyetməni intihara apara bilər. Yeniyetmənin daha əvvəl reaksiya vermədiyi hadisəyə artıq daha kəskin reaksiya verməsi gözlənilən haldır.

Yeniyetmələrin intihar səbəbləri arasında genetik meyllilik, iqtisadi vəizyyət, psixoloji problemlər, ailə üzvləri ilə münaqişə, sevdiyi insanla problemlərin olması, narkotik istifadəsi və s. sadalana bilər.

Onu da qeyd etmək lazımdır ki, daha əvvəlcə intihara cəhd edən şəxslərin əksəriyyəti daha sonra da buna cəhd edir. Bu səbəbdən intihara cəhd edən şəxslər daim nəzarətdə olmalıdır. Çünki onlar buna yenidən cəhd edəcəklər.

Əlavə etmek istədiyim bir məqam da budur ki, bəzən KİV’də verilən intihar xəbərləri həssas insanlara ciddi təsir edir. Onlar kiçik bir problemlə rastlaşdıqda  çıxış yolunu intiharda görürlər və buna cəhd edirlər.

 

Nuriyyə Quliyeva

Peşəkar Psixologiya Mərkəzinin direktoru/ Klinik psixoloq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir