Aparılan araşdırma zamanı 4-8 yaş arası uşaqlara “Sevgi nədir?“ sualı verilib. Verilən cavablar isə çox geniş və dərin məna daşıyıb. “Gencaile.az” həmin maraqlı cavabları təqdim edir.
Uşaqların dünyasında sevgi nədir?
Rebeka (6 yaş) – Mənim nənəm xəstələnəndə tərpənə bilmədiyi üçün ayaq dırnaqlarına “lak” çəkə bilmirdi. Onda mənim babam bu işi onun üçün həmişə özü edirdi. Bu, sevgidir.
Billi (4 yaş) – Əgər kimsə səni seirsə, sənin adını xüsusi deyəcək. Və sən bilirsən ki, sənin adın onun ağzındaykən təhlükəsiz yerdədir.
Krissi (6 yaş) – Sevgi – yeməyə gedəndə qarşılığında heç nə istəmədən qızarmış kartoflarının yarısını həmin adama verməkdir.
Terri (4 yaş) – Sevgi – yorulanda belə, səni gülməyə məcbur edən yeganə şeydir.
Denni (7 yaş) – Sevgi – anamın atama qəhvə hazırlayanda ona vermədən əvvəl dadlı olub-olmadığına əmin olmaq üçün bir qurtum içməsidir.
Emili (8 yaş) – Sevgi o zaman yaşanır ki, həmişə öpüşərsiniz. Öpüşməkdən yorulanda isə bütün günü bir yerdə olmaq və söhbət etmək istəyirsiniz. Mənim atam və anamda da belədir. Onlar bir-birini öpəndə bir insan olurlar.
Noel (7 yaş) – Sevgi – bəyəndiyin oğlana “bu köynəyini xoşlayıram” dediyin üçün bütün günü həmin köynəyi geyinməsidir.
Kris (7 yaş) – Sevgi – anamın atama üst-başı çirkli olsa belə, Robert Redford kimi yaraşıqlı olduğunu deməsidir.
Meri Enn (4 yaş) – Sevgi – itini bütün günü evdə yalnız buraxsan da, yenə də gəlib qarşında oturmasıdır.
Cesika (8 yaş) – Əgər sən sevmirsənsə, “səni sevirəm” deməməlisən. Yox əgər sevirsənsə, sevdiyini həmişə deməlisən. İnsanlar isə bunu unudurlar.