usaqlar

Uşaqlar yazda necə geyinməlidirlər?

Baxış sayı: 1. 097

Böyüklərə nisbətən uşaqlar çox tez üşüyürlər. Temperaturu nizamlamaq qabiliyyətləri inkişaf etmədiyi üçün uşaqlar istiyə qarşı da çox həssasdırlar. Buna görə də, yaz-yay aylarında uşaqları geyindirmək qış aylarına nisbətən daha çətindir. Bəs bunun üçün nə etmək lazımdır? Elə isə aşağıdakılara nəzər salaq:

– İsti günlərdə uşağınızla çölə çıxdıqda da özünüzlə yüngül yorğan götürməyi unutmayın. Çünki qəfil yağışdan sonra, ya da axşamlar hava sərinləşə bilər.

– Yaz-yay aylarında evdəki temperatur çöldəkindən aşağı olduğu üçün uşağınızı tez-tez havaya çıxarın. Təbii ki, havaya çıxarkən uşağınızı soyundurmağı, içəri girərkən geyindirməyi unutmayın.

– Bu fəsillərdə uşaqlara sintetik paltarlar geyindirmək olmaz. Daha çox pambıq və ya merserləşdirilmiş paltarlara üstünlük vermək məsləhətdir. Çünki onlar həm istini asan keçirir, həm də təri hopdururlar.

– Çox isti günlərdə uşaqlar yalın ayaqla gəzməyi çox sevirlər. Uşaqların ayaqlarındakı qalın yağ təbəqəsi soyuğa qarşı ən yaxşı qoruyucudur. Dəri çəkmələr və ayaqqabılar isə uşağın ayaqlarını tərlətməkdən başqa bir işə yaramır. Sərin havalarda uşağın ayaqlarına yun papış və ya merserləşdirilmiş corab geyindirmək kifayətdir.

usaq

Uşaq iməkləyirsə, qalın geyindirin

Uşağınız iməkləmə dövrünə yaz aylarında başlamışsa, ona uzun şalvar, uzun corab və yun köynək geyindirmək məsləhətdir. Çünki hava isti olsa da, yer o qədər də isti olmur. Eyni zamanda uşağın üşüyüb-üşümədiyini tez-tez yoxlamaq lazımdır. Uşağın qolları və ayaqları isti olmalı, başı tərləməməlidir. İməkləyən uşaqlar üçün əsas geyim günlüklü papaqlardır. Məlumdur ki, uşağın kəllə sümüyü nazik, saçları isə seyrək olur. Buna görə də, uşaqlara günəş daha tez təsir edir. Uşaqların kürəkləri və çiyinləri də gündən tez yanır. Uşağınız nə qədər günəşə alışsa da, onu günəş altında çox saxlamayın. Belə ki, bu müddət 20 dəqiqədən artıq olmasın.

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir