tualet

Uşaqlara ayaqyolu dərsi

Baxış sayı: 1. 737

Uşağınız yavaş-yavaş böyüyür.Bu zamana qədər çox yuxusuz qaldınız,bəlkə çox yoruldunuz,xəstələnəndə çox qorxdunuz.Amma əslində işiniz indi başlayır.Uşağınız böyüdükcə təzə işlər,təzə cavabdehliklər,yeni sevinclər və yeni sıxıntılarla qarşılaşacaqsınız.Ana və ata olmaq uzun bir yola çıxmaq kimidir,hər dayanacaqda yeni bir mənzərə…

Ayaqyolu dərsi üçün ilk öncə uşağınızın buna hazır olduğunu bilməlisiniz.Uşaqların çoxu 24 aydan etibarən buna hazırdır.Bəziləri isə 18 aylıqdan bunu istəyirlər.Ümumilikdə isə uşaq 3 yaşına qədər ayaqyolu dərsini sözsüz almış olur.Bununla yanaşı ata və ananın uşağa bu dərsdə dəstək olmaları,mükafatlandırmaları,tərifləmələri önəmlidir.

tualet

Uşağınız ayaqyolu ilə əlaqəli bir çox fərqləri başa düşürsə (çiş,kaka,təmiz,quru,yaş kimi),ayaqyolunda oturmağın nə işə yaradığını bilirsə,uşaq altının dəyişdirilməsindən xoşlanırsa, oturaq(qarşok) və quru bez (pampers) arasında fərq qoyursa,ayaqyoluna getmək istəyini tullanaraq,ağlıyaraq və ya başqa tərzdə göstərirsə,qısa müddətli yuxulardan quru bezlə oyanırsa deməli ayaqyolu dərsinə hazırdır.

Davamlı olaraq uşağınızı cəsarətləndirmək,mükafatlandırmaq,onunla səbrlə davranmaq,işi əyləncəli hala gətirmək ayaqyolu dərsinin qanunlarıdir.Birlikdə bir oturaq almağa gedin.Oturaq yerə olduqca yaxın olmalıdır.Uşaq özünü rahat hiss etməlidir.Oturağın bəzəkli olmasına diqqət edin,adını bəzəkli yazıb üstünə yapışdırın(bunu onunla birgə edin).Ona divanda rahat-rahat oturubmuş kimi alışması önəmlidir.Daha sonra ən adi ayaqyolu istəməsində belə oturağı ona çatdırın.Ona bacardığı zamanlarda hədiyyələr verin.Bacarmadığında isə qışqırmyın,oturada biraz oturmasını gözləyin.Əgər heçnə etmirsə və ya istəmirsə onu məcbur etməyin.Yavaş-yavaş alışdırmağa çalışın,bilmədən paltarını isladanda qətiyyən pis davranmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir