Əgər telefonda uzun müddət danışsan o telefon qulağına yapışar.
Səni leyləklər gətirib.
Yeməsən arxandan ağlayar.
Kofe içsən qaralarsan, ərəb olarsan.
Gözlərini bərəltmə, elə qalacaqsan.
O düyməni sıxsan liftdə qalacaqsan.
Saatlarla tıxacda qaldıqdan sonra: “Bu dayanacaqda düşəcəyik, az qalıb”.
Gecə saqqız çeynəmək ölü əti yemək kimi bir şeydir.
Gecə fit çalma, şeytan gələr.
Səhər üzünü yu, bütün gecə şeytanlar üzünü yalayır.
Yeməyini bitir, yoxsa o biri dünyada arxanca qaçarlar.
Kişi adam ağlamaz.
Mən də gedib o biri uşaqların anası olaram.
Analar yalan danışmaz.
Uşaqlar yıxılanda: “Eybi yox, öpərəm keçər”.
Göy gurultusundan və ya şimşəkdən qorxan uşaqlara: “Buludlar oyun oynayır”.
Xalanın çantasında yekə bir iynə var, sakit durmasan onu sənə vuracaq.
Özünü yaxşı aparmasan səni polislərə verəcəm.
Qorxma iynə ağrıtmayacaq.
Qoy atan gəlsin, hər şeyi deyəcəm.
Yumurtanı yeməsən toyuqlar səni dimdikləyər.
Tez gözlərini yumub yatmasan təpəgöz gələcək.
Çox televizora baxsan beynin çürüyəcək.