Tualet tərbiyəsi həm uşaqlar, həm də valideynlər üçün həyəcanverici və vacib inkişaf mərhələsidir. Çox zaman yanlış davranışlar səbəbindən uşaqların tualet mədəniyyətini öyrənməsi kabusa çevirilə bilir.
“Gencaile.az” Türkiyə mətbuatına istinadən mütəxəssislərin uşaqların tualet davranışları ilə bağlı tövsiyələrini təqdim edir.
Uşaqların sağlam tualet təhsili alması üçün əvvəlcə səbirli və diqqətli bir müşahidəçi olmaq lazımdır. Tualet təlimindən əvvəl valideynlər bu prosesə hazır olmalıdırlar.
Valideynlər uşaqlara verilən tualet təlimində israrlı olmamalıdır. Uşaqlar tualet davranışlarına yiyələnmək üçün fiziki cəhətdən və ruhən hazır olmalıdır. Yoxsa davranışların israrla öyrədilməsi onlara qarşı psixoloji zorakılığıla səbəb ola bilər.
Tualet qaydalarını öyrədən insanın uşağa təzyiq etməsi uşaqların psixoloji olaraq bunu rədd etməsi və tualetini tutması ilə nəticələnə bilər. Bütün bunlar isə uşaqların gələcəkdə sidiyini saxlamama, qaçırması kimi nəticələrə səbəb ola bilər.
Tualet təlimlərinin gözdə böyüdülməsi uşaqlara da mənfi təsir edə bilər.
Valideynlər özü də bu prosesə hazır olmalıdır.
Bəzən uşaqlar tualetə çıxmağı vücudundan bir parçanın qopması kimi də anlaya bilər.
Bu şəraitdə qorxan uşaqlar öz tualetlərini saxlamağa çalışırlar.
Tez-tez 2-4 yaş arasında görülən tualetini tutma davranışı, tualet vərdişindən sonra da yaşana bilər. Bu davranışa sahib olan uşaqlar valideynlərinə “müstəqiləm” və “özümün idarəçisi mənəm ” kimi mesajlar verə bilər.
Uşaqların tualet davranışlarının inkişafını heç bir problem olmadan başa çatdırmaq üçün tualet tutma davranışını dəf etmək çox vacibdir. Bəs ailələr nə edə bilər? Tualet təlimində nəzərə alınmalı qaydaları aşağıdakı kimi ümumiləşdirə bilərik:
Tualetini tutan uşaqlarda fiziki problem olub olmadığını araşdırmaq lazımdır. Ailələr pediatrlara müraciət etməli və bu mövzuda ətraflı məlumat almalıdırlar.
Uşaqlar üçün evlər təhlükəsiz zonalardır. Uşağın evdə özünü rahat hiss etməsi çox vacibdir. Uşaqların tualetdən qorxmaması üçün tualetə uyğun hündürlükdə bir tabure yerləşdirilə bilər.
Birinci mərhələdə tualetdən qorxan uşağın qabına bir parça taxmaq olar. Sonra, uşağı məcbur etmədən və həvəsləndirərək tədricən keçidlər yaratmaq olar.
Tualet təhsili başladığı andan uşaq bezləri uşağa bağlanmamalıdır. Bezi çıxarılarsa və məşqə başlamağa qərar verilərsə, bir də heç vaxt istifadə edilməməlidir. Gündüz uşaq bezi olmadan, gecə isə bezlə davam edilməməlidir. Bu, eyni anda iki fərqli münasibət göstərməyimizə səbəb olacaq və tualet təhsili verməyimizi çətinləşdirəcək.
Tualet tərbiyəsində ən vacib məqam təlim boyu müsbət bir rəftara riayət etməkdir. Hətta qışqırmaq, çığırmaq, qəzəblənmək, cəzalandırmaq və ya hətta mənfi bir baxış, narazı üz ifadəsi uşağa mənfi təsir göstərir və prosesi çətinləşdirir.
Uşaqlarda tualet tutma davranışları müşahidə edildikdə, yemək vərdişləri də nəzərdən keçirilməli, yağlı qidalanmanın qarşısı alınmalıdır. Bağırsaqları aktivləşdirən qidalara üstünlük verilməlidir. Eyni zamanda, tualet təlimində mütəxəssisdən kömək istənilməlidir.