Uşaqlara kiçik yaşlardan etibarən yol hərəkəti qaydaları haqqında qısa məlumat verilməlidir.
Bu bilgi gələcəkdə onları müxtəlif qəza şəraitlərindən xilas olmağına imkan yaradacaq. Uşaqlara uşaq dili ilə, onların başa düşəcəyi tərzdə – oyunlarla, oyuncaqlarla yol təhlükəsizliyi qaydalarını aşılamaq mümkündür.
“Gencaile.az” uşaqlara yol təhlükəsizliyi və yol hərəkəti qaydaları haqqında məlumatın necə öyrədilməsi ilə bağlı əsas nüansları təqdim edir:
Şəkil çəkərək izah edin
Uşaqlara yol təhlükəsizliyini öyrətməyin yollarından biri də onlarla birlikdə şəkil çəkməkdir. Yol hərəkəti qaydalarını rəngli qələm və karandaşlarla çəkərək izah etmək tez bir zamanda öyrənməyinə kömək edəcək.
Təcrübədən keçirin
Nəqliyyat vasitələrinin seyrək olduğu sahələrdə, ya da ev və park kimi ərazilərdə əl-ələ tutaraq “sağa-sola bax, yaşılda keç,tez-tez addımla” kimi sözlərdən istifadə etməklə öyrətmək uşağın şüuruna birbaşa təsir edəcək.
Oyuncaqlardan istifadə edin
Hər uşağın oyuncaqlara böyük marağı vardır. Bu maraqdan yol təhlükəsizliyini öyrətməkdə də istifadə edin. Birlikdə avtomobil, gəlincik, heyvan kimi oyuncaqlardan istifadə edərək yol və yol təhlükəsizliyi çərçivəsində ssenarilərlə səhnələşdirin.
Mahnı oxuyun
Yol təhlükəsizliyi qaydaları haqda istənilən mesajları mahnı ilə izah etmək mənimsəmə qabiliyyətini artıracaqdır.
Rəqəmsal vasitələrdən istifadə edin
İnkişaf edən texnologiya ilə birlikdə öyrətmə və öyrənmə formaları da dəyişir. Yol təhlükəsizliyi haqda videolar, rəqəmsal oyunlar ya da tətbiqlərdən, proqramlardan istifadə edərək piyada təhlükəsizlik qaydalarını asanca öyrədə biləriz.