ayaqlar

Uşaqlarda ayaq əyrilikləri: Müalicəyə ehtiyac varmı?

Baxış sayı: 1. 157

“Körpə ayaq üstə qaldırıldığı zaman hər iki dizlər və ayaqlar bir-birinə təmas etməlidir. Əgər uşaq ayaq üstə durduğu zaman dizlər və baldırlar arasında nəzərə çarpacaq dərəcədə məsafə görünərsə, buna O şəkilli ayaq əyriliyi – Genu varum deyilir”.

“Gencaile.az”-ın xəbərinə görə, bunu pediatr-neonatoloq Altay Abdullaoğlu deyir.

Pediatr bildirir ki, O şəkilli ayaq əyriliyi olan uşaqlara tez-tez rast gəlinir. Bu, artıq çəkili, tez gəzməyə başlayan uşaqlarda daha çox görünür. Çox hallarda O şəkilli ayaq əyriliyi uşaq böyüdükcə (adətən 2-3 yaşlarında) öz-özünə düzəlir.

Əgər uşaq ayaq üstə durduğu zaman bir-birinə toxunan dizlər və aralı ayaqlar müşahidə edilərsə, buna X şəkilli ayaq əyriliyi (Genu valgum) deyilir. Bu formalı ayaq əyriliyi də 3-6 yaşlarda öz-özünə düzəlir.

Qeyd etdiyimiz bu əyriliklər simmetrikdirsə, (hər 2 ayaqda eyni dərəcədə əyrilik varsa) heç bir müalicə ehtiyac yoxdur və zamanla düzələcək. Əgər əyrilik assimmetrikdirsə, əyriliklə yanaşı uşaqda başqa şikayətlər də olarsa, bu zaman başqa araşdırmalara da gərək ola bilər.

Çox hallarda bu cür ayaq əyriliyi olan körpələrə raxit, kalsium çatışmazlığı adı altında çoxlu sayda dərmanlar təyin edilir. Lakin əksər hallarda bu formalı ayaq əyrilikləri fiziolojidir və heç bir müalicəyə gərək yoxdur. Əgər uşaqda raxit, kalsium çatışmazlığı kimi xəstəliklər düşünülərsə, bu zaman labarator analizlər olunmalı və analizlərin nəticələrinə görə dəyərləndirilmə aparılmalıdır. Nəzərə almaq lazımdır ki, körpəyə lazımsız yerə verilən yüksək dozada D vitamininin, kalsium preparatlarının orqanizmə çoxlu sayda toksik təsirləri vardır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir