Nilufer Memmedova

Uşaqlarda çəkinin artırılması vacibdirmi? - “İMMUNİTET”

Baxış sayı: 564

Uşaqların inkişafı və sağlamlığı valideynlər üçün ən böyük narahatlıqlardan biridir. Bu narahatlıqlardan biridə uşağın çəkisinin kifayət qədər olub-olmamasıdır. Bir çox valideyn, uşaqlarının çəkisinin normadan aşağı olduğunu düşündükdə, dərhal çəki artırmaq üçün yollar axtarır. Amma burada əhəmiyyətli bir sual yaranır: Uşaqlarda çəkini artırmaq həqiqətən sağlamlıq üçün vacibdirmi, yoxsa bu narahatlıq valideynləri uşaq arıq göründüyü üçünmü narahat edir?

Uşaqların çəkisinin aşağı olması bəzi hallarda onların böyümə və inkişafına mənfi təsir göstərə bilər. Lakin bu, həmişə belə olmur. Çəkinin az olması bəzən uşağın genetik xüsusiyyətləri və ya yüksək fiziki aktivliyi ilə bağlı ola bilər və bu halda narahatlıq üçün heç bir səbəb yoxdur. Əsas diqqət çəkidən çox, uşağın ümumi sağlamlığına və enerji səviyyəsinə yönəlməlidir. Valideynlər bəzən uşağın çəkisinin az olduğunu düşündükləri zaman bunun həqiqi bir sağlamlıq problemi olub-olmadığını yoxlamaq əvəzinə, uşaqlara həkim nəzarəti olmadan vitaminlər və ya digər qida əlavələri verirlər.Lakin burada vacib olan birinci məqam uşağın həkim tərəfindən müayinə olunması,uşaqda  vitamin çatışmazlığı,hər hansı bir qidaya qarşı allergiya, qan azlığı, parazit invaziyasının olub-olmadığı aydınlaşdırılmalıdır.Bunlar yoxlanıldıqdan sonra əgər uşaqda yaşına görə çəki azlığı varsa uşağa uyğun ev şəraitində qida rasionu müəyyən edilməlidir.

Sağlam qidalanma uşaqların inkişafı üçün ən vacib amillərdəndir. Burada uşağın çəkisini artırmaq üçün yeganə yol sadəcə kalori qəbulunu artırmaq deyil, eyni zamanda qəbul edilən qidaların keyfiyyətinə də diqqət yetirməkdir. Bunun üçün qida rasionuna balanslaşdırılmış və uşağın sevdiyi şəkildə rəngarəng etməklə həm çəkisinə nəzarət edə bilər, eyni zamanda  hər hansı bir qidanı çətinliklə yedirtməyə bilərik.Çünki valideynlərin cavab tapmaqda çətinlik çəkdiyi bir sual: Uşaq  verdiyim qidaları yemir, nə edə bilərəm ? Bunun üçün maraqlı alternativlərdən istifadə edə bilərik. Məsələn:

1) Uşağın çəkisini artıran meyve suları, milkşeyklər və meyvəli südləri yeməkdən 1 saat əvvəl və yemək zamanı verməyin. Uşağın mədəsi kiçikdir və onu maye ilə doldurduqda toxluq hissi yaranır ki, bu da iştahsızlığa gətirib çıxarır.Mayenin yemək araralarında verilməsi daha doğrudur.

2) Yumurtadan, zeytundan və rəngli tərəvəzlərdən ibarət yemək hazırlaya bilərik.

3) Sevmədiyi qidaları sevgdiyi  bir yeməyin və ya şirniyyatın tərkibinə qata bilərsiz (məs: süd və ya yumurta yemirsə, pankeklər hazırlaya bilərsiniz).

4) Yemək aralarında çərəzləri blendderdən keçirib bal və südlə qarışıq dondurmalar hazırlaya bilərsiz.

5) Uşaqlarınızla birlikdə süfrə hazırlaya bilərsiz.Bu, eyni zamanda uşaqların diqqətini, düşünmə qabiliyyətini və yaradıcılığını da inkişaf etdirməyə kömək edəcək.

6) Axşamüstü (1 ədəd banan, 4-5 ədəd peçenye, 1 stəkan süd blenderdən keçirib) smuzilər hazırlaya bilərsiz.

7) Günaşırı süd və tahin, ya da süd və fıstıq əzməsi qarışımları hazırlaya bilərsiz.

Unutmayaq ki, uşaqlara bu qidaları verməzdən öncə uşağın bu qidalardan birinə alergiyası olub- olmaması yoxlanılmalıdır.

 

Nilufər Məmmədova

Həkim Mütəxəssis-İnfeksionist




14 şərh “Uşaqlarda çəkinin artırılması vacibdirmi? – “İMMUNİTET”

  1. Fatinə

    Uşaqların çəkisini artırmaq üçün tətbiq etdiyiniz spesifik qida və həyat tərzi dəyişiklikləri nələrdir? Bu dəyişikliklərin effektivliyi ilə bağlı hansı praktiki təcrübələri paylaşa bilərsiniz?

    Cavabla
  2. Elmir

    Uşaqların çəkisinin artırılması ilə bağlı müsbət nəticələr gördüm. Bütün ailə olaraq qidalanma və fiziki fəaliyyət məsələlərində daha diqqətli olduq və nəticələr müsbət oldu. Uşağımın çəkisi artdıqca, o, məktəb və sosial fəaliyyətlərdə daha aktiv oldu, bu da onu daha xoşbəxt edir.

    Cavabla
  3. Rahilə

    Mənim qızımın çəkisini müntəzəm olaraq izləyirik və onu balanslı şəkildə artırırıq. Bu, onun özünə güvənini xeyli artırdı. O, öz bədənini daha yaxşı qəbul edir və sosial mühitdə daha rahatdır. Çəkinin artırılması, həmçinin onun psixoloji vəziyyətini müsbət təsir edir

    Cavabla
  4. Bəyim Sultanova

    Uşağımızın çəkisi son vaxtlar artıb və biz bu dəyişiklikdən narahatıq. Çəkinin artması nə qədər normaldır və hansı hallarda həkimə müraciət etmək lazımdır?

    Cavabla
  5. Elnara Sabir

    Həkim burdadısa, xahiş edirəm cavab versin. Uşağımızın çəkisini artırmaq üçün hansı qida və pəhriz tövsiyələriniz var? İdeal çəki artımı üçün hansı qida maddələrinə xüsusi diqqət yetirməliyik?

    Cavabla
  6. Elman Nasir

    Hansı müntəzəm testlər və müayinələr çəkidəki artımı izləmək üçün lazımdır? Uşağımızın uzunmüddətli sağlamlığını təmin etmək üçün nə qədər tez-tez müayinə edilməlidir?

    Cavabla
  7. Kamran

    Məqalənizi diqqətlə oxudum və uşaqların çəkisini artırmağın nə qədər vacib olduğunu və valideynlərin bu mövzuda hansı addımları atmalı olduqlarını aydın şəkildə izah etdiyinizi düşünürəm. Yazınızdakı müxtəlif tövsiyələr çox faydalıdır və uşaqların sağlam qidalanma baxımından diqqətli olmalarını vurğulamaq çox önəmlidir.

    Cavabla
  8. Ətrabə Qulamova

    Çəkinin artırılması ilə bağlı narahatlıqların əksəriyyəti uşağın ümumi sağlamlığına diqqət yetirərək həll edilməlidir. Yazınızda uşaqların çəkisinin aşağı olması ilə bağlı yaranan narahatlıqların, bəzən genetik xüsusiyyətlər və ya yüksək fiziki aktivliklə əlaqədar ola biləcəyini göstərdiniz. Bu yanaşma valideynlərə düzgün istiqamətlənmiş və praktik bir perspektiv təqdim edir.

    Cavabla
  9. Ruhiyyə Əmrahova

    Məqaləniz, uşaqların çəkisini artırmağın yalnız kalori qəbulunu artırmaqla deyil, eyni zamanda qidaların keyfiyyətinə və uşaqların fərdi ehtiyaclarına diqqət yetirərək həyata keçirilməli olduğunu vurğulayır. Yazdığınız tövsiyələr çox faydalıdır və uşaqların sağlam şəkildə çəkilərini artırmaları üçün valideynlərə praktiki və aydın yönlər təqdim edir. Təşəkkürlər!

    Cavabla
  10. Səidə Müslümova

    Uşaqlarda çəkinin artırılması mövzusunda yazınız çox təsirli və əhəmiyyətlidir. Çəkinin artırılması uşaqların fiziki və psixoloji sağlamlığını dəstəkləyərək onların ümumi inkişafına müsbət təsir göstərir. Yazınızdakı məlumatlar və təkliflər çox faydalıdır.

    Cavabla
  11. Ramil Eldarov

    Çəkinin artırılması məsələsinə dair verdiyiniz tövsiyələr və təkliflər çox mükəmməldir. Uşaqların düzgün bəslənməsi və sağlam həyat tərzinin təşviq edilməsi onların gələcəkdəki sağlamlıqlarına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

    Cavabla
  12. Fikret

    Lazimsiz mugenni heyatlarinin muzakiresindense bele faydali bilgilere yer verilmesini alqislayiram

    Cavabla
  13. Kamilə

    Çəkinin artımı ilə bağlı bəzi sağlamlıq problemləri və ya risklər varmı ki, bunlardan xəbərdar olmalıyıq? Hər hansı bir xüsusi simptom və ya vəziyyətə diqqət yetirməliyikmi?

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir