Terane Kazimli

Neyromüxtəliflik və fərqli yanaşma - "HƏSSAS ANA"

Baxış sayı: 1. 154

Valideynin həm ən çox verdiyi sual Ekran nə dərəcədə ziyanlıdır, həm də nə yazıq ki elə özlərinin körpələri və uşaqları məruz buraxdıqları başı bəlalı “EKRAN” dan danışmaq istəyirəm bu dəfə. Buna həm TV, həm də digər vasitələr telefon, planşet və kompüter aiddir. Həddindən artıq ekran vaxtı uşaqlara bir sıra mənfi təsirlər göstərə bilər:

 

1) Fiziki sağlamlıqla əlaqədar problemlər: Uzun müddətli ekran vaxtı oturaq həyat tərzinə gətirib çıxara bilər, bu da piylənmə riskini, həmçinin diabet və ürək-damar xəstəlikləri kimi əlaqəli sağlamlıq problemlərini artırır. Bu, həmçinin göz yorğunluğuna və miopiya (uzaqgörmə) və epilepsiya kimi problemlərə səbəb ola bilər.

2) Psixoloji problemlər: Ekranın yüksək səviyyələri uşaqlarda narahatlıq, depressiya və digər psixi sağlamlıq problemləri ilə əlaqələndirilir. Bu, həm də özünə inamın azalmasına və sosial izolyasiyaya gətirib cixara bilər.

3) İnkişaf gecikmələri: Körpələr,xüsusən də 2 yaşından kiçik uşaqlar üçün həddindən artıq ekran vaxtı dil inkişafına, zəka bacarıqlarına və sosial qarşılıqlı əlaqəyə (ünsiyyətə) təsir göstərə bilər.

4) Davranış problemləri: Ekranda qalma vaxtının artması diqqət problemləri, Hiperaktivlik və davranış problemləri ilə əlaqələndirilir. O, həmçinin mediada yersiz məzmuna və ya aqressiv davranışa məruz qalmaqla uşaqların davranışlarına təsir göstərə bilər.

 CIZGI FILMI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqlar üçün ekran vaxtı ilə bağlı aşağıdakı tövsiyələri təqdim edir:

1) 0-2 yaş: Ekran qarşısında heç vaxt keçirmirik. Bunun əvəzinə körpələri fiziki fəaliyyətlərdə və interaktiv oyunlarda iştirak etməyə təşviq etmək lazımdır.

2) 2 yaşdan yuxarı uşaqlar üçün ekran vaxtı gündə 1 saatdan çox olmamalıdır (25-39 dəqiqə olmaqla gün ərzində) az vaxt daha yaxşıdır.

3) 3-6 yaşlı uşaqlar: Ekran vaxtı gündə 1 saatdan çox olmamalıdır. Daha az ekran vaxtı daha yaxşıdır və ekran vaxtının yuxu, fiziki fəaliyyət və sağlamlıq üçün vacib olan digər davranışları əvəz etməməsini təmin etmək vacibdir.

4) 6 yaşdan yuxarı insanlar: Gündəlik ekran vaxtı 2 saatdan çox olmamalıdır və bu zaman davamlı ard-arda yox yenə də yuxarda da bildirdiyimiz kimi, gün ərzində 40-45 dəqiqə maksimum olaraq bölünməlidir. Bir də xüsusən gecə yuxusundan ən az 1.5-2 saat öncə ekrana baxmamaq tövsiyə olunur.

 

Təranə Kazımlı

Pediatr, uşaq inkişaf mütəxəssisi




11 şərh “Neyromüxtəliflik və fərqli yanaşma – “HƏSSAS ANA”

  1. Telman Pənah

    Bir çox valideyn televizor, planşet və ya ağıllı telefondan istifadə edərək uşaqlarını sakitləşdirməyə və diqqətini yayındırmağa üstünlük verirlər. Amma unutmayaq ki, ekran asılılığı uşaqlarda autizmə səbəb olur

    Cavabla
  2. Xalidə Osmanova

    Həkim bir sualım var. Zəhmət olmasa cavablandirin. Mütəxəssislər ana bətnindən etibarən ekran radiasiyasına məruz qalan uşaqların ekrana bağlı, real dünyadan uzaq böyüdüklərini və bunun onların beynində ciddi problemlər yaratdığını bildirirlər.

    Cavabla
  3. Elmira Əhmədzadə

    İki yaşa qədər uşaqlar üçün bu cihazlar heç bir öyrədici funksiya daşımır, əksinə uşaqları beyni inkişaf etdirən ünsiyyət və oyunlardan təcrid edir. Körpələr real insanlarla ünsiyyətdə və əşyalarla təmasda daha çox şey öyrənirlər.

    Cavabla
  4. DR. Nigar Abdullayeva

    Özünüz ekran qarşısında daha az vaxt keçirməklə uşağa örnək olmağa çalışın. Uşaqlar hər şeydə böyükləri təkrarlamağa çalışırlar. Valideyninin kitab oxuduğunu, digər fəaliyyət növü ilə məşğul olduğunu görən uşaq da zamanla o istiqamətə yönələcək.

    Cavabla
    1. Təranə Kazımova

      Ekran məruziyyəti bir başa olmasa da gələcəkdə autistik əlamətlərlə müşayiət oluna bilər.Ama nə yazıq ki indi əksər uşaqlar demək olar ki günün böyük hissəsini ekranla keçirdirlər Autizm olmasa belə Bağlanma problemi,Nitq gecikməsi, Diqqət əskikliyi və Aqressiya ilə bağlı problemləri olur uşaqların .

      Cavabla
    2. Təranə Kazımova

      Tamamilə razıyam uşaqlar bizim dediklərimizi yox etdiklərimizi edirlər.

      Cavabla
    3. Təranə Kazımova

      Əslində 3 yaşa qədər mavi ekran qadağandır..Ama nə yazıq ki indi analar böyüklər yeməyi belə ekranla yedirdirlər uşaqlara.Tamamilə yalnis bir yanaşma və uşaq elə ailəsi tərəfindən telefon asılılığına məruz qalır.

      Cavabla
  5. Nuray Qasımova

    İndi uşaqların tez-tez bilinməyən bir qorxu ilə dolu olan bu cihazların istifadəsi ilə bağlı fərziyyələri yenidən nəzərdən keçirmək vaxtıdır. Bu qorxulara qarşı durmaq üçün, valideynlər öz uşaqları ilə, bir-birlərinin həm rəqəmsal, həm də fiziki dünyaları haqqında daha çox məlumat əldə etmək məqsədilə özünütəcrid şəraitində əlavə vaxtlarından istifadə edə bilərlər.

    Cavabla
    1. Təranə Kazımova

      Əlbəttə ki ailənin özünün məlumatlı olması gələcəkdə uşağında ekranın internetin mənfi təsirlərindən daha az zərərlə çıxmasına gətirib çıxardır.

      Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir