usaq

Uşaqlarda ekzemanı necə müalicə etmək olar?

Baxış sayı: 1. 855

Uşaqlarda ekzema əsasən yeni doğulandan sonrakı ilk aylarda özünü göstərməyə başlayır. Ailəsində astma, ekzema kimi allergik narahatlığı olan körpələrdə daha çox yaşanır.

Xüsusən də körpələri qat-qat geyindirmək tərləmələrinə səbəb olaraq ekzemaya yol açır.

Körpəlik çağında olan allergik ekzemanın, yəni atopik dermatitin səbəbi tam olaraq bilinmir. Ancaq bəzi qidalar, kimyəvi maddələr, sabunlar, yuyucu tozlar, kosmetik kremlər və yun geyimlər allergiyaya səbəb ola bilər. Ekzema xəstəliyi nadir olsa da genetik amillidir. Ekzema xəstəliyi əsasən uşaq 5 yaşına çatana qədər keçib gedir. Ancaq bəzi körpələrdə ekzemanın yenə təkrarlandığı da görülüb.

Ekzema körpələrdə ilk olaraq yanaqlarda başlayır. Daha sonra bədənin digər bölgələrinə də yayıla bilər. Dəridə qızartı, qabıqlanma və tökülmələr baş verir. Ayaqlar, qollar, bel, alın, yanaq, qulaq arxalarında daha çox yayılır.

Dəridə yaranan bu sızanaqlar da zamanla qanamağa başlayır.

Bu körpələrdə şiddətli qaşınma və yanma görülür. Sızanaqları qaşıyarkən infeksiya riski yarana bilər.

Uşağın qidalanması da ekzemaya yola aça bilər. Deyilənə görə, ana südü ilə qidalanan körpələrdə ekzemaya az rastlanır. İnək südü ilə qidalananlar isə daha çox risk altındadır. Çünki inək südü içən körpələrdə allergik reaksiya daha tez formalaşır.

Müalicə edilməsə…

Müntəzəm dəri baxımı çox vacibdir. Duşdan sonra ekzema olan yerlərə qoxusu olmayan, körpənin dərisinə uyğun kremlər vurun. Qaşınan yerləri ilıq su ilə yuyun. Ekzemanın müalicəsi üçün antibiotik və ultrabənövşəyi şüa müalicəsi uyğundur.

Allergik qidaları nəzərə alaraq xüsusi pəhriz proqramı da  təyin edilir. Ekzema müalicə edilməzsə, körpənin dərisində qalınlaşma və çatlar ola bilər.

Uşaqları ekzemadan qorumaq üçün ev şəraitində bunları edə bilərsiz:

– Pambıq geyimlər geydirin

– Geyimlər çox sıxmamalı və geyindirilmədən əvvəl yuyulmalıdır

– Körpəni qat-qat geyindirməyin

– Əl, ayaq və genetik bölgə istisna olmaqla bədənin digər bölgələrini

adi su ilə yuyun. Sabunun tez-tez istifadəsinə ehtiyac yoxdur.

– Tərkibində ətir olan yuyucu tozları istifadə etməyin.

 

Lent.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir