usaq

Uşaqlarda nevroloji problemlər və onların fəsadları

Baxış sayı: 1. 270
Son vaxtlar uşaqlarda nevroloji problemlərə tez-tez rast gəlinir. Mütəxəssislərin fikrincə, buna ekoloji pozuntular, ananın hamiləlik dövründə keçirdiyi stresslər, düzgün qidalanmamaq, vaxtında lazimi müayinələrdən keçməmək və s. hallar səbəb olur. Ölkəmizdə ən çox təsadüf olunan nevroloji problemlərdən biri uşaq serebrial iflicidir. Araşdırmalar göstərir ki, nevroloji xəstəliklərə görə həkim nəzarətində olan uşaqların 90 faizində onurğa əyilməsi baş verir.
Həkim-nevroloq Sevinc Salamova deyir ki, valideynlər nevroloji əlamətləri olan uşaqlarının onurğa əyilməsi ilə üzləşə biləcəyindən xəbərdar olmalıdırlar. Ona görə də uşaq nevroloqla bərabər vertebroloqun da nəzarətində olmalıdr ki, onurğa əyriliyi baş verməsin.
Həmin uşaqlarda ölüm hadisəsi nevroloji diaqnozdan deyil, daha çox skoliozdan baş verir. Onlar nevroloji diaqnoza görə müalicə alaraq uzun illər həyatların davam edə bilirlər. Lakin əyilmiş onurğa ürəyin yerini dəyişməsinə, ağciyərin sıxılmasına və nəticədə ürək-damar çatışmazlığı səbəbindən ölümlə nəticələnə bilər.
Uşaq serebral iflicində 25, miopatiyalarda 60-65, hemoplegiyalarda 90, anadangəlmə və sonradan onurğa zədələnməsində 100 faiz onurğa əyilməsi gözlənlir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir