Nitq funksiyası insanın ən vacib psixi funksiyalarından biridir. Nitq şüurun, şüur da nitqin formalaşmasında böyük rol oynayır.
Uşağın nitqini mənimsəməsi onun davranışının şüurlu,planlı və düzgün idarə olunmasına kömək edir.
Nitqin pozulması uşağın psixi inkişafına və eyni zamanda uşağın şəxsiyyətinin formalaşmasına da mənfi təsir göstərir.
Nitqin normal inkişafı zamanı uşaqlar 5 yaşında geniş frazalı nitqdən, müxtəlif quruluş müxtəlif cümlələrdən sərbəst istifadə edirlər. Onların lüğət ehtiyyatı yaş səviyyəsinə uyğun olur. Söz yaratma və söz dəyişmə vərdişlərinə yiyələnirlər. 5 yaşına qədər səslərin analizi və sintezinə hazırlıq tam formalaşır.
UŞAĞIN – 1-11 AYLIQ DÖVRÜ NİTQƏ HAZIRLIQ MƏRHƏLƏSİ ADLANIR
1 YAŞINDAN SONRA NİTQİN İNKİŞAF DÖVRÜ BAŞLAYIR:
Uşağın ilk sözü ümumi məna daşıyır. Məsələn, top kəliməsi həm top oynamaq istəyini həm də topu gördüyünü ifadə edir.
Nitqin inkişaf dövrü aktiv lüğət ilə yanaşı passiv lüğət də inkişaf edir.
Uşaq danışmağa başlayanda onunla aydın və səlist danışmaq lazımdır, çünki uşaq ətrafdakıların nitqini yamsılayır.
1-3 YAŞ ARASI- Uşaqda dərk etmə və hərəki fəallıq sürətlə inkişaf etməyə başlayır və ona görə də nitqə güclü ehtiyac duyulur. Bu yaş dövrü verbal nitqin kəskin inkişaf dövrüdür. Böyüklərlə birgə müxtəlif əşyalarla bağlı əməliyyatların yerinə yetirilməsi zamanı uşaq əşyanın adını,nəyə xidmət etdiyini, öyrənir və ətraf aləm haqqında təsəvvürlər formalaşır.
Uşağın oynadığı oyuncaqlar onun yaş səviyyəsinə görə seçilməlidir.
3-6 YAŞ ARASI- Uşağın aparıcı fəaliyyət forması oyundur. Bu yaşda uşaqlar hər cür oyun oynamağı sevirlər. Bu yaşlarda uşaqları həm real, həm də xəyali oyunlar oynamağa başlayırlar. Uşağın hər yaş dövründə özünəməxsus ünsiyyətə girmə yolu, söz ehtiyyatı, cümlə qurmaq qabiliyyəti,səs tələffüzü vardır.
NİTQİN İNKİŞAFI BU MƏRHƏLƏLƏRLƏ GEDİR:
1) Ünsiyyətə girmə
2) Siqnallar və jestlər
3) İlk sözlər
4) Söz birləşmələri
5) Sadə cümlələr
6) Mürəkkəb cümlələr
7) Sərbəst fikir söyləmələr, mövzu üzrə danışmaq və söhbət aparmaq bacarığı.
1 YAŞ – 10-12 söz – 2 hecadan ibarət sözlər tələffüz edir.
1,5 YAŞ – 40-60 söz – Öz adını deyir. Böyüklərin ardınca səsləri, hecaları və kiçik sözləri təqlid edir. Bədən üzvlərini göstərir.
2 YAŞ – 300 söz– 2-3 sözdən ibarət cümlə işlədir.Yaxınlarını şəkildə tanıyır. Böyük və kiçik anlayışı olur.
3 YAŞ –400-700 söz – Bu nədir? Sualını verir. Ayaqyoluna getmək istədiyini deyir. Qarışıq nitq hissələrində cümlə qurur. Məsələn, mənim maşınım böyükdür, Nənə bizə gəldi və s.
4 YAŞ – 700-1000 söz – Sadə dialoqlarda iştirak edir. Rəngləri tanıyır.1-10a qədər sayır. Nitqi başa düşülən olur.
5 YAŞ – 1000-3000 və s – Öz təəssüratları haqqında sərbəst danışır, antonimləri tanıyır, mürəkkəb cümlələr qura bilir.
6 YAŞ – Ən azı 3-4 şeir bilir, Ana dilinin bütün səslərini düzgün tələffüz edir. Adını, soyadını, ata adını,ünvanını deyə bilir.Verilən suallara ətraflı cavab verir. Meyvə,tərəvəz,heyvan və sairə adlarını tanıyır.Fikirlərini tam aydın izah edə bilir.
NİTQİN OLMAMASINI YARADAN SƏBƏBLƏR
Nitqin olmamasının bir çox səbəbləri ola bilər:
1) Hamiləlik zamanı güclü toksikozlar,viruslu və endokrin xəstəliklər, psixi və fiziki zədələr,rezus faktoruna görə qan uyğunsuzluğu,travma və s nitqin olmaması və ya qüsurlu olmasına səbəb ola bilər.
2) Doğuş zədələri və asfiksiya (tələffüz pozulması nəticəsində beynin oksigen çatışmazlığı) uşağın kəllədaxili qansızmaları nitq qüsurlarına səbəb ola bilər.
3) Beyin sirkələnməsi ilə müşahidə olunan kəllə beyin travmaları.
4) İrsi faktorlar
5) Valideynlərdən birində və hər ikisində əqli gerilik,eşitmə və nitq qüsurlu olması uşağın nitqində qüsur yarada bilər.
6) Az ünsiyyətli ailələrdə,telefon, televizordan çox istifadə edilməsi, valideynlə-uşağın ünsiyyətinin olmaması,ünsiyyətin olmaması nitqin olmamasına səbəb ola bilər.
7) Uşaqda hər hansı sindromun olması Daun, autizm və s Nitqin olmamasına səbəb ola bilər.
Nüşabə Məhərrəmoava
Mələklər İnkişaf Mərkəzinin defektoloq-loqopedi
Maraqli yazidir. Melumat ucun tesekkurler. Ehateli yazidi
Raziyam men de. Genis yazidi ve maraqlidi