Uşaqlarda özgüvən problemlərini necə həll etməli?

Baxış sayı: 4. 336

Özgüvən bütün insanlar üçün çox önəm kəsb edən duyğudur.Özgüvən  insanın özünə və ətrafındakıların onun üçün verdiyi qiymətdən asılıdır.Özgüvən elə bir duyğudur ki, uşaqlıq dövründən artıq formalaşmağa başlayır.

Uşaqlarda özgüvənin inkişafına nələr təsir edə bilər?

Özgüvənin inkişafında xüsusi ilə uşaqlıq dövrünün ilk 3-4 yaş  arasındakı ana-atanın uşağa təsiri, uşagı necə yetişdirməsi ,uşağın özü haqqında fikirlərinin yaranması da özgüvənin yaranmasında son dərəcə önəmlidir.Daha sonra dostları  və sosial əhatəsindən aldığı reaksiyalarda  önəmli rol oynayır.Uşaq əhatəsindən aldığı reaksiyaların nəticəsində özünə qarşı müsbət və ya mənfi  fikirlər  yaradır.Uşaqlar  bəzən  dostları və sosial əhatesi tərəfindən  müəyyən haqsızlıqlara və bir növ itələnmələrə  məruz qalırlar.Bu zaman  bu cür rəftarla qarşılaşdığı zaman  uşağın verəcəyi reaksiya uşağın daha öncə ailəsi tərəfindən aşılanan güvən duyğusunun yetəri qədər olub olmaması ilə əlaqədardır.(Mötərizdən evvelki cumlə sehf yazılıb – Bu cür rəftarlarla qarşılaşdığı zaman uşağın verəcəyi reaksiya, uşağın daha öncə ailəsi tərəfindən aşılanan güvən duyğusunun yetəri qədər olub olmaması ilə əlaqədardır  ) Yəni ki ,uşaq öz ailəsində  yetəri qədər sevilir və qiymətləndirilirsə  ətrafdan gələn mənfi təsirlərdən çox da təsirlənməyəcək ,təsirlənsə belə bu qisa müddətdə öhdəsindən gələcəkdir.Ama  sevildiyini hiss etməyən,gözlədiyi yaxınlığı və münasibəti görməyən, onu başqa uşaqlarla müqayisə edən bir ailədə olan uşaq daim özünü dəyərsiz hiss edir və özgüvəni əksik böyüyər.Təbii ki belə uşaqlar daim ailəsində,sosial əhatəsində məktəbində hər zaman müxtəlif  problemlərə səbəb olur. Özgüvəni əksik uşaqlar öz duyğularında,qərarlarında və sosial  əhatəsində çətinliklər yaşayırlar.(Özlərini hər zaman ətrafındakı insanlardan daha gücsüz zəif hiss edirlər ki, buda onlarda iradənin, özgüvənin yox olmasına getirib çıxarır.) Bu vəziyyət  daha çox məktəbdə  uşağın həyatının digər istiqamətlərinə təsir edir.Bu zaman uşaq müxtəlif istiqamətdə  reaksiyalar göstərir ki ya hər bir şeyə qapalı olur, ya çəkingən olur,ya da ünsiyyət qurmaqda çətinlik yaşayır  və yaxud aşırı aqressiv  hər bir şeydə problem yaradan davranışlar göstərir.

Yuxarıda dediyimiz kimi  uşaq iki istiqamətdə göstərə bilər öz güvən əksikliyini.

Uşağın özgüvən əskikliyinin göstəriciləri nələrdir?:

Birinci göstəricilərə ana-ataya bağlılıq,utanqac və özünə qapalı,hər hansı sosial əhatəyə girməkdə cətinlik yaşayan,digər yaşıdları ilə ünsiyyət qurmaqda problemlər yaşayan,gec adaptasiya olan,özünü aşagı görən,hər hansı iş tapşırıldıqda o işi bacarmayacagından hər zaman qorxan, daim etrafındakı insanlara özünü təsdiq etmək istəyən və s. hallar daxildir.

İkinci göstəricilərə  aqessiv,əsəbi,ətrafındakılarla heç dil tapmayan,tez- tez  məktəbdən qaçan,məsuliyyət götürməyən,yalan danışan,hər zaman sevilib sevilmədiyini soruşan, hamıdan mütləq kömək istəyən və s.hallar daxildir.

Hər iki göstəricilər önəmlidirlər .Lakin ikinci göstəricilərə sahib uşaqlar ətrafdan diqqət çəkdikləri üçün hər zaman daha  problemli uşaqlar kimi dəyərləndirilir və ailəsi və müəllimləri tərəfindən daim cəzalandırılır. Birinci göstəriciyə malik uşaq isə heç kimi narahat etmediyi üçün bəzən görməzdən gəlinir bu isə daha özgüvənin aşagı düşməsinə səbəb olar.

Özgüvənin tam olması niyə önəmlidir?

Uşağın özünü yaxşı hiss etməsi,işində müvəffəqiyətli olması,öz həyatından razı qalması üçün özgüvənə daim ehtiyacı olur.Özgüvənli uşaqlar gələcəyin özgüvənli valideynləri olacaqdır.

Özgüvənli övlad böyütmək üçün ana-ataya məsləhətlər:

1. Evdə hər kəs bir-birinə güvəndiyini hiss etdirməli  belə bir ailədə böyüyən uşaq  hər hansı bir problem yaşadığı zaman çox asandlıqla ailəsi ilə problemini  paylaşar.

2.  Uşagınızın həm bacarıqlı olduğu həm bacarıqsız olduğu yönlərini  demək və qəbul etməsini göstərmək.

3. Davranışınız  ilə ona nümunə olun.Uşaqda görmək istədiyiniz  davranışları başqaları ilə göstərməyin.Siz  ona və ya ətrafdakılara necə davranacaqsınızsa uşaqda elə davranacaqdır.

4. Övladlarınıza məsuliyyət verin.Uşağa güvənib  məsuliyyət verilən uşaq özünü hər zaman önəmli hiss edir.

5. Onun hər bir  şeyinə diqqət yetirdiyinizi və dəyərləndirdiyinizi  göstərin.Kiçikdə olsa  uşağın etdiyi gözəl və düzgün davranışlarıını dəyərləndirin.

Ayşən Rza




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir