Ũmumiyyətlə qorxu nədir?
Beynimizdə baş verənlər, bizim hiss etdiklərimiz bizim davranışlarımıza təsir edir: Düşüncəmizdə bir narahatlıq yoxdursa, hiss etmə şəklimiz sakitdir. Düşüncəmiz təhlükəlidirsə, bu qorxudur və etdiyimiz şey panikdir. Öncə gəlin bunu aydınlaşdıraq bu həqiqətən qorxu, yoxsa narahatlıq, qayğıdır. Qorxu dedikdə hazırda mövcud olan, konkret təhlükədir. məsələn, hücuma meruz qalmaq. Narahatliq, qayğı isə gələcəkdə baş verə biləcək hadisədir ki, bu da psixoloji pozuntular və anksiyetə gətirib çıxarır. Məsələn, “mən getsəm, maşın məni vuracaq.”
Psixoloji olaraq qorxununun yaranma səbəbləri 2 yolla müşahidə olunur:
Genetik faktor və modelləyərək hər hansı valideyndə, qohumda görərək modellediyi faktor. Bəzən də ola bilər ki, valideynlər
uşaqları cəzalandırarkən öz ifadələri ilə onlarda stress və tənhalıq qorxusu yarada bilər. Məsələn, “sözə baxmasan, səni qoyub gedəcəm”, “bunu etməsən, səni heç kəs sevməyəcək.” Bu cür ifadələrlə uşaqlarda travma və qorxunu formalaşdırırlar. Həmçinin də sosial şəbəkələr, youtube və bir çox sayt, kanallar uşaqlarda xüsusi qorxu və fobiyaların yaranmasına səbəb ola bilir. Ôncə problemin qaynağını araşdırmalı, travmanın kökünə enməli və həll yolu tapılmalıdır. Bunun üçün də valideyn uşağı daim nəzarət altında saxlamalı və ya psixoloqa müraciət etməlidir.
Psixoloq-pedaqoq Nəcibə Əsədova