Psixoloqlar xoşbəxt böyüyən uşaqların daha çox özgüvənə sahib olduqlarını açıqlayıblar. Türkiyəli psixoloq Qəmzə Əsər uşaqları xoşbəxt böyüdə bilmək üçün valideynlərə bəzi məsləhətlər verib.
Beləliklə, həmin düzgün davranış qaydalarını təqdim edirik:
Sevginizi doğru şəkildə göstərin – şübhəsiz, hər ana, ata uşağını çox sevir. Vacib olan bunu doğru şəkildə nümayiş etdirə bilməkdir və sevginin qarşılıqsız olduğunu ona hiss etdirməkdir.
Edə biləcəyi işlərə mane olmayın – hansı yaşda olmasından asılı olmayaraq uşaq işə yaradığını hiss etmək istəyər və bu duyğu onu gücləndirər. Özgüvənini zədələyəcək hərəkətlər etməyin.
Rəqabət vasitəsilə hansısa işi sevdirməyə çalışmayın. Bu, bütün uşaqlarda eyni təsiri göstərmir. Körpə bir işi sevdiyi, bacardığı üçün etməlidir.
Hörmətli olmağı, hörmət etməyi aşılayın – bunu ona ancaq davranışlarınızla göstərə bilərsiniz. Onlar güzgüdür, nə etsəniz onu mənimsəyəcəklər. Evdə nə danışıldığına diqqət edərlər və özlərini buna yönləndirərlər.
Mükəmməllik yoxdur – ən yaxşı olmasını istəmək ona ancaq zərər verər. Kimsə mükəmməl deyil. Valideynin etmədiyini uşaqdan gözləmək və ya tələb etmək şüursuz davranışdır.
Qeyd edək ki, uşağınıza “olmaz” dedikdə bunun səbəbini izah edin. “Çünki mən belə istəyirəm” cümləsi onu fəlakətə aparar. Ətraflı izah isə onu daha düzgün addım atmağa və yanılmamağa sövq edər.