Mother's Hand Feeding Food to a Young Girl (13-14) Who Is Making a Face --- Image by © Royalty-Free/Corbis

Uşaqları məcburi şəkildə yedizdirmənin hansı fəsadları ola bilər?

Baxış sayı: 1. 924

Hər bir qadın gözəl olmaq istəyir. Lakin bəzi hallarda güclü iştaha buna mane olur. Belə olduqda, bu iştahanın öhdəsindən gəlmək haqqında düşünməli olursan. Əlbəttə, bunun üçün müxtəlif dərman vasitələri var, lakin ən yaxşısı xalq  təbabətinə üz tutmaqdır.  Yeri gəlmişkən, bu üsullar iştahanı azaltmağa və düzgün qidalanmağa imkan yaradır. Təəssüf ki, valideynlərin çoxu uşaqlarda “canavar iştahası”nı həvəsləndirir. Onlar hesab edirlər ki, belə olduqda uşaqlar sağlam böyüyəcək. Lakin adət halını almış iştahanın qarşısını almaq sonradan çətin olur. Bir çox qadınlar müxtəlif üsullar və ciddi pəhrizdən istifadə etsələr də, arıqlama böyük problemə çevrilir.

Unutmayın ki, heç zaman səhər yeməyindən imtina etmək olmaz. Məhz birinci qida qəbulu orqanizm üçün çox gözəl oyanışdır. O, maddələr mübadiləsini gücləndirir və yağlar daha tez əriyir. Səhər yeməyinə gəldikdə isə yulaf yarmasından yaxşısını düşünmək çətindir. Bu qida asanlıqla mənimsənilir və orqanizmi tez doydurur. Belə səhər yeməyindən sonra uzun müddət aclıq hiss etməyəcəksiniz.

İştahanı azaltmaq üçün yeməkdən əvvəl bir stəkan qazsız mineral su və ya tomat şirəsi için. İçilmiş maye mədəni üçdə bir hissəyədək doldurur və insanı çox yeməyə qoymur. Nanə və cəfəri kimi ətirli otlar da iştahanı yatırır. Bir dəstə nanəni bir stəkan suda dəmləmək, alınmış cövhəri süzmək və bu həlim ilə ağzı yaxalamaq olar. Bu prosedurdan sonra  iki saat ərzində aclıq hissi oyanmır. Cəfəri də eyni təsirə ma- likdir. Ondan cövhər və ya həlim hazırlayaraq, yarım stəkan miqdarında içə bilərsiniz.

Gavalı və əncir də iştaha ilə mübarizədə yaxşı köməkçidir. Yarım kiloqram gavalı və ya əncirin üzərinə üç litr su əlavə edərək, iki litr yarım su qalana qədər qaynatmaqla yeməkdən əvvəl yarım stəkan içilən dadlı həlim hazırlamaq olar. Qəhvə həvəskarısınızsa, ondan imtina etməli, yaxud şəkər və qaymaqdan istifadə etmədən bir fincan qəhvə ilə kifayətlənməlisiniz. Məlumdur ki, qəhvə iştahanı artırır və aclıq hissini gücləndirir.

Sarımsaq isə, əksinə, yemək həvəsini susdura bilər. Üç diş sarımsağı sürtkəcdən keçirdikdən sonra üzərinə bir stəkan qaynadılmış su əlavə edin. Bu cövhər bir sutkadan sonra hazır olacaqdır.  Onu yuxu- dan əvvəl bir xörək qaşığı içmək lazımdır. Məlumdur ki, sarımsaq  bakteriyaları məhv edir və immuniteti möhkəmləndirir, odur ki, bu məhlulun köməyi ilə yalnız iştahanın öhdəsindən gəlməyəcək, həmçinin orqanizminizi müxtəlif virus və bakteriyalardan qorumuş olacaqsınız.

İştahanı yatırmağı öyrəndikdən sonra qidanı düzgün paylaşdırmaq və bədən ölçülərinizə neqa- tiv təsir etməyəcək porsiya ilə qəbul etməyə çalışın. Ümumi qidanın yetmiş faizini səhər yeməyi və nahar vaxtı, sonuncu qidanı isə yuxudan dörd-beş saat əvvəl qəbul etmək lazımdır. Yeməyi kiçik porsiyalar ilə qəbul edin. Tez-tez və az-az yeyin. İştahanı azaldan məhsullardan daha çox istifadə edin. Buraya, kefir, quru meyvələr, toyuq əti, balıq, limon şirəsi, kakao, meyvələr aiddir. Yeməkdən əvvəl alma və tomat şirəsi için. Özünüzü axşamlar yeməməyə məcbur edə bilmirsinizsə, dişlərinizi fırçalayın. Beləliklə, öz psixika və orqanizminizi indicə yediyinizə inandıra bilərsiniz.

Ümumiyyətlə, iştahanı azaltmaq məqsədi ilə yalnız bu üsullardan deyil, psixologiyadan da istifadə etmək olar. Belə ki, çox yeməyi tərgitmək üçün indiki bədən ölçülərinizdən iki ölçü aşağı arzuladığınız gözəl libasların alınması əla stimul ola bilər. Beləliklə, bu paltarlara baxarkən, az yeməli olduğunuz haqqında düşünəcəksiniz. Arıqladığınızı görən dostlarınızdan sizi tərifləməyi, eləcə də qonaqlıqlarda normadan artıq yeməyə qoymamağı  xahiş edin.
Əslində, özünü az yeməyə məcbur etməyin bir çox üsulu var, lakin onlardan hansını seçsəniz də, arıqlamaq istəyiniz həqiqi, güclü olmalı və bunun üçün çox şey etməyə hazır olmalısınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir