valideyn

Uşaqları niyə yemək hazırlamaq prosesinə cəlb etməliyik?

Baxış sayı: 484

Uşaqları mətbəx fəaliyyətinə cəlb etmək çox vaxt, səbr və təmizlik işi tələb edir, lakin onların inkişafı üçün buna dəyər. Uşaqlarınızı yemək hazırlanması və ərzaq alış-verişinə nə qədər tez cəlb etsəniz, onlar da fərqli qidaları sınamağa və qəbul etməyə, müxtəlif ləzzətlərə bir o qədər tez alışacaqlar.

 

UŞAQLARI YEMƏK HAZIRLAMA PROSESİNE NECƏ DAXİL EDƏ BİLƏRİK?

Müxtəlif ərzaq oyunları vasitəsilə uşaqlar tədricən onlar haqqında öyrənir və ərzaqlardan necə dadlı yemək hazırlandığını görə bilirlər. Bu proses onlarda sağlam qidanlanmaq vərdişləri yaratmaq və ömrü boyu sağlam qida seçmək vərdişini gücləndirəcək.  Bundan əlavə, yemək hazırlama prosesində iştirak etmək uşaqlar üçün qürurvericidir və bu onlarda özünə inam hissi yaradır. Yeni başlayanlara uşaqların yaşına uyğun fəaliyyətlər edərək sadə yeməklər hazırlamaqları tövsiyə olunur. İki yaşından kiçik uşaqlar inqridiyentlərlə oynamağı (xəmiri müxtəlif formalara salmaq, doğranmış tərəvəzləri və ya digər maddələri bir qabda qarışdırmaq) və yemək hazırlayarkən yeməyi dadmağı xoşlayırlar. Məsələn, təmizlənmiş tərəvəzi, meyvəni və ya hazırladığınız digər yeməkləri birlikdə dadın. 3-6 yaş arası uşaqlar meyvə-tərəvəzləri yumaq, yemək hazırlama prosesində kömək etmək (inqridiyentləri sizə ötürmək, onları bir qabda qarışdırmaq), iş masasını təmizləmək – qırıntıları və qablaşdırmaları atmaq, kiçik boşqabları, qab-qacağı sizə ötürmək, əlləri və ya qəliblərlə xəmirə forma vermək və ya mətbəx masasını təmizləmək kimi işləri görə bilərlər. Yemək bişirməkdən əlavə mətbəxdə uşağa gigiyena və təmizlik qaydalarını da öyrətmək çox vacibdir. Yaşından asılı olaraq, uşaqlar qabları yuyub silə, iş sahəsini təmizləyə bilər və s. Mətbəx yemək hazırladıqdan sonra təmiz qalmalıdır. Mətbəxdə təhlükəsizliyə diqqət etməyi də uşaqlara öyrətmək lazımdır.

UŞAQLARIMIZA NƏ ÖYRƏDİRİK?

Uşaqlarımızı yemək hazırlamağa cəlb etməklə uşaqlar müxtəlif tərkibli yeməklərlə tanış olurlar. Onlar müxtəlif inqridiyentlər və yemək hazırlama üsullarını öyrənirlər. Uşaqlar həmçinin ailəyə töhfə verməkdən də qürur hissi keçirirlər. Yemək hazırlama prosesində iştirak etdikləri üçün ailə yeməyindən daha çox zövq alırlar. Valideynləri ilə birlikdə keyfiyyətli vaxt keçirirlər, özlərini rahat və qoruma altında hiss edirlər. Bişirərkən uşaqlar aktivdirlər və televizorun və ya kompüterin qarşısında oturmurlar. Valideynlər yaxşı rol model (nümunə) olmalıdırlar, çünki uşaqlar çox vaxt ana atanın yediyi yeməkləri sınamaq istəyirlər. Övladlarınıza göstərin ki, siz onlara verdiyiniz yeməkdən yeyirsiniz. Onların qarşısında tərəvəzləri yeyin (yerkökü, paprika, kərəviz, kələm …) və ya tərəvəzlərdən bir salat hazırlayın. Birlikdə yemək hazırlayarkən, uşaqlarınıza istifadə etdiyiniz ərzaqlardan danışın, onların sağlamlığa faydaları haqqında məlumat verin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir