Nezrin Cerullayeva 3

Uşaqları texnologiya aslılığından necə qoruyaq? – PSİXOLOQ YAZIR

Baxış sayı: 575

Uşaqlar dünyaya gəldiklərində valideynlərindən sonra gördükləri ilk şey bəlkə də telefon olur. Bu tanışlığı biz valideynlər başladırıq. Texnologiyanı zərərli düşmən olaraq görmək yerinə idarə edilə bilən köməkçi olaraq gördükdə qabaqcadan tədbir almaq daha daha doğru bir metoddur.

 

Hansı yaşda texniki avadanlıqlardan nə qədər istifadə edilə bilər? 

0-2 yaş dövrü: Mümkün olduğu qədər bu yaş dövründə telefon, planşet və s.dən istifadə etməməyə çalışın.

2-5 yaş dövrü: Məktəbəqədər dövrdə uşaqlar atıq çoxdan telefon, planşetlə tanış olur. Lakin, uşaqların sakit dayanması üçün əllərinə verilən telefonların nəzarətsiz və uzunmüddətli istifadəsi onların inkişafına zərər verir. 2-5 yaşlı uşaqlara texnoloji vasitələrin isitfadəsinə nəzarət etmək şərti ilə ən çox gün ərzində 1 saata qədər icazə verilə bilər.

komputer

5-9 yaşa: Bu yaşda artıq övladınız özünü ifadə etməyi bacarır, seçim edə bilir. Siz nə qədər qərarlı və tutarlı olsanız, övladınız da bir o qədər tez sizə güvənəcək. 5-9 yaşlı uşaqlara texnologiyadan istifadə zamanı nəzarət edilməklə gündə ən çox 1 saat yarım icazə verilə bilər.

10-13 yaş dövrü: Adətən bu yaş dönəmində uşaqlara ilk telefon alınır. Telefonu almadan öncə uşaqlarla ondan necə istifadə etmək qaydaları haqqında danışın. İnternetdən necə istifadə edəcəyi, nələri paylaşa biləcəyi ilə bağlı söhbət edin. Bu yaş dönəmində uşaqların sosial şəbəkə hesablarının olması təhlükəli haldır. Təəssüf ki, əksəriyyət bu tipli hesablara sahibdir. Sosial media istifadəsi zamanı uşaqlarınıza etdikləri bütün şərhlərin, paylaşdıqları bütün çəkillərin və videoların hər zaman internetdə qalacağını bildirin. Onlayn olduqları zaman qarşılarına çıxan məlumatlar və səhifələr haqqında məlumat verin. Xüsusi ilə də yeniyetməlik dönəminin əlamətlərinin özüne büruzə verdiyi çağlarda onlara üz-üzə edə bilməyəcəyi heç nəyi internetdə olarkən etmeyecəyini izah edin.

komputer

13 yaşdan sonrakı dövr: Texnoloji avadanlıqlardan istifadə zamanı uşağınıza müəyyən məhdudiyyətlər qoya bilərsiniz. Əgər bu zamana qədər hər hansı bir məhdudiyyətlər qoymamısnızsa üzülməyin. Heç nəyə görə gec deyil. İnternet mövzusunda valideynlərindən və müəlimlərindən çox şey bilsələr də uşaqlar daima böyüklərin rol modelliyinə onların rəhbərliyinə ehtiyac duyur. Bu yaşdakı yeniyetmələrə sadəcə internet ilə bağlı deyil həm də sağlamlıq, xarici görünüş kimi mövzularda söhbət edin. Çünki, çox tez təsirləndikləri bu dövrdə qarrşılarına çıxan yanlış məlumatlardan təsirlənə bilərlər. Başqalarına necə davranmaq mövzusunda onlara yol göstərin. Pornoqrafiya, tiranlıq və ya digər neqativ davranışlarla qarşılaşdıqlarında bunu sizinlə rahat şəkildə paylaşa biləcəyinə dair güvən duyğusu verin. Bu güvən uşaqların yeniyetməlik dövrünü daha rahat keçirmələrinə kömək olacaq.

 

Uşaq və yeniyetmə psixoloqu Nəzrin Cərullayeva

Zəfər Psixoloji Nitq İnkişaf Mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir