Uşaqların əsas problemləri evdə başlayır, evdə də bitməlidir. Bu durumda valideynlərin də az günahı yoxdur. Bu sözlər terapevt Viktoriya Prudeyə məxsusdur.
Professor bildirir ki, bunu etiraf etmək nə qədər ağır olsa, övladlarımızın bədbəxtliyində ən böyük günahkar bizik.
Bəs uşaqlarımıza necə yardım edək? Problemin kökü nədədir?
Müasir uşaqlar sağlam həyat tərzindən,tam uşaqlıqlan məhrumdurlar. Daim məşğul valideynlərə sahibdirlər. Elə bilirlər ki, bütün dünya onlara borcludur. Qidaları balanssızdır, yuxuları isə daim yarımçıq qalır. Texnologiyanın inkişafı övladlarımızı şikəst edir.
Bu faciələrin qarşısını alıb, robotlar yetişdirməmək üçün valideyn bilməlidir ki, o övladının dostu yox atası-anasıdır. Onlara qadağalar qoymaqdan çəkinməyin. Texnikanı darıxmamaq üçün əlac etməyin. Onu daimi əyləncə ilə əhatə etməyin. Övıadınızla ünsiyyətdə olanda fikriniz əlinizdəki telefonda olmasın.
Salamlaşmaq, paylaşmaq, salamlaşmaq, yol vermək kimi elementar etik davranışlar öyrədin.
Unutmayaq, övladlarımızı alovun ağzından almaq öz əlimizdədir.