Bugünkü mövzumuzda anaların dilincə desək, uşaqlarımızı “gəzən qrip”dən necə qoruyaq sualina cavab tapmağa çalısacağıq. Əvvəldən söyləyim ki, bəzi anaların möcüzə adlandırdıqları müasir tibbdə isə effektivliyi sübut edilməmiş homeopatik dərmanlardan-viferon, viburkol, anaferon, aflubin və s tip homeopatik dərmanlardan danışmayacam,çünki bunlar plasebo effektdən başqa bir şey deyildir.
Bu tip dermanların istifadəsi itirilmiş zaman və puldur. Məqalədən bunu gözləyənlər zəhmət çəkib sona qədər oxumasınlar. Oksalin və ya digər tip mazların istifadesi uşağı qripdən qorumaz. Əksinə, bu mazları istifadə etməklə burunun hava keçiriciliyini azaltmış olursuz və beləliklə, uşağın nəfəsalması yaxşılaşmaq yerinə çətinləşir.
İndi isə qorunma üsullarına nəzər salaq.
Buruna tez tez dəniz suyu tərkibli damcı və spreyler vurun. Narahat olmayın, bunları gün ərzində tez tez və uzun muddət istifadə edə bilərsiz. Heç bir asılılıq yaratmır. Evin havasını tez tez dəyişin. Otaq temperaturunu 20-22 (yenidoğulmuşlarda 22-24 dərəcə arasında tutmağa çalışın). Xəstə insanların (həm uşaqlar, həm də böyüklər) maskadan istifadə etməsi vacibdir. Uşaq artıq yoluxubsa, bağcaya, məktəbə, insanlar çox olan yerlərə buraxmamağa çalışın. Bu həm sizin usağınızın xəstəliyinin ağırlaşmamasına, həm də digər uşaqların xəstəliyə tutulmamasına kömək edəcək. Uşaqlara öskürərkən əlini ağzına tutmasını deyil, qolun paltar olan hissəsinə öskürməsini öyrədin, cünki öskürmə zamanı ağız əl ilə tutulduqda ağız suyu ilə bütün viruslar mikroblar ələ keçmiş olur və sonra bu infeksiyalasmış əldən asanlıqla digər insanlara yoluxmuş olur. Əllərə ən azı gündə 2-3 dəfə dezinfeksiya edici mehllullar püskürdə bilərsiz. Yoluxmuş uşağa ev şəraitində çoxlu maye verin. Son olaraq isə profilaktik tədbir – qrip əleyhinə peyvəndlərdən istifadə edilməsidir. Deyəcəklərim bu qədər. Umidvaram ki, movzunun kimlərəsə yardımı toxunacaq.
Pediatr Xəyalə Quliyeva
Qrip virusu, insandan insana çox asanlıqla tüpürcək damlacıqları, öskürək və asqıraq yolu ilə keçir. Xüsusilə qapalı mühitlər infeksiyanın yayılması üçün uyğun məkanlardır. Ayrıca, qrip olan adamın tutduğu qapı dəstəyi, telefon dəstəyi ilə də keçə bilər. Təyyarə səfərləri ilə də virus bir ölkədən digərinə asanlıqla ötürülməkdədir.
Qrip virusunun orqanizmə daxil olması 5-7 gün ərzində sağalma ilə nəticələnməyinə baxmayaraq, bəzi hallarda qulaq və ağciyər (sətəlcəm) infeksiyalarına da yol aça bilər.
Sonradan orqanizmdə müxtəlif problemlərin yaranmasının qarşısını almaq üçün qorunmaq çox vacibdir.