usaq

Uşaqlarımızın gələcəyini korlayan 7 SƏHV

Baxış sayı: 1. 811

1. Uşaqların risk etməyinə imkan vermirik

Biz hər addımda təhlükələrlə dolu olan müasir dünyada yaşayırıq. “Hər şeydən öncə təhlükəsizlikdir” şüarı bizə uşaqlarımızı itirmək qorxusu aşılayır və biz onları daim nəzarət altında saxlayırıq. Avropalı psixoloqlar müəyyən edib ki, uşaqlar küçədə oynamır, heç olmasa bir dəfə də olsun yıxılıb dizlərini qanatmırlarsa, onda böyüdükləri zaman fobiyadan əziyyət çəkirlər. Uşaq bir neçə də yıxılmalıdır ki, bunun normal bir şey olduğunu başa düşsün. Yeniyetmələr ilk sevgi acısını yaşamalı, sevgilisi ilə savaşmalıdır ki, uzunmüddətli münasibətlərin bunsuz mümkün olmadığını anlasın, emosional kamillik əldə etsinlər.

 

2. Biz onlara kömək etməyə tələsirik

İndiki nəsil 30 il bundan qabaqkı nəsillə müqayisədə özündə bəzi bacarıqları inkişaf etdirməyib. Uşaqlarımız bir çətinə düşəndə tez onlara kömək etməyə tələsirik və ona imkan vermirik ki, özü çıxış yolunu düşüb tapsın. Beləliklə də, onlar gec, ya tez “onsuz da kimsə gəlib kömək edəcək” düşüncəsini özlərinə aşılayırlar: “Əgər mən səhv etsəm və ya məqsədimə çatmasam, onda böyüklər köməyimizə çatacaqlar”. Əslində isə böyüklərin dünyasında münasibətlər tamamilə başqa cür qurulub. Siz uşaqları yetkin həyata aciz insan kimi böyütməməlisiniz.

 

3. Biz onlara həddindən artıq yüksək qiymət (reallıqdan uzaq) veririk

Bir müddət keçdikdən sonra uşaqlar başa düşür ki, onları əvəzedilməz, möhtəşəm hesab edən ancaq valideynləridir. Bundan sonra uşaqlar valideynlərin obyektivliyinə şübhə etməyə başlayırlar. Onlar tərif eşitməyi, yüksək qiymət almağı xoşlayırlar əlbəttə, amma həm də başa düşürlər ki, bunun reallıqla heç bir əlaqəsi yoxdur. Zaman keçdikcə, belə uşaqlar fırıldaqçılıq etməyə, yalan danışmağa meyllənirlər. Çünki onlar reallıqla toqquşamağa öyrəşməyiblər.

 

4. Hər bir istəyinə “hə” deyirik

Uşağınız sizi hər dəqiqə sevmək məcburiyyətində deyil. O, bu həyatda bir çox mənfi şeyləri dəf etməlidir, ancaq ona ərköyünlüyü mane ola bilər. Ona görə də uşaqlara “yox”, “indi yox” deyin ki, onlar öz arzuları və məqsədləri uğrunda mübarizə aparmağa alışsınlar. Əgər ailədə bir neçə uşaq varsa, valideynlər fikirləşir ki, onlardan birini mükafatlandırsan, digərlərinə haqsızlıq olar, ona görə də hamısına eyni cür davranmaq lazımdır. Biz belə etməklə uşaqlara imkan vermirik ki, onlar uğurun şəxsi səylərdən və xeyirxah davranışlardan asılı olduğunu öyrənsinlər. Uşaqları mükafatlandırmaq üçün onları ticarət mərkəzinə apararkən iki dəfə düşünün. Əgər siz onları ancaq maddi üsullarla stimullaşdırırsınızsa, uşaqlarda daxilən motivasiya yaranmayacaq.

 

5. Keçmiş səhvlərimizi onlarla bölüşmürük

Vaxt gəlir ki, sağlam uşaq artıq “qanad açıb öz yuvasından uçmaq” istəyir. Biz böyüklər onlara kömək etməliyik bu işdə. Onlar yaşda etdiyimiz səhvləri onlara anlatmalıyıq. Uşaqlar xoşagəlməz hadisələrlə üzləşməyə hazır olmalıdırlar. Adekvat reaksiya verməyi bacarmalıdırlar. Uşaqlara sizin belə hadisələrlə üzləşərkən nələr hiss etdiyinizi deyin, necə davrandığınızdan və hansı dərsləri çıxardığınızdan danışın.

 

6. Biz intellekti yetkinliyin əsas şərti hesab edirik

İntellekt uşağın yetkinlik şərti kimi qəbul edilir və nəticədə valideynlər güman edirlər ki, ağıllı uşaq real dünya üçün hazırdır. Bu, belə deyil. Bir çox peşəkar idmançılar və istedadlı gənc Hollivud ulduzları tez-tez ictimai qalmaqalların içinə düşürlər. Belə hesab etməyin ki, sizin uşağınız hamıdan istedadlıdır. Konkret olaraq “məsuliyyət yaşı” mövcud deyil ki, siz bu yaşdan etibarən uşağa azadlıq verəsiniz. Amma bir yaxşı qayda var –  sizin övladınızın yaşında olan başqa uşaqları müşahidə etmək. Əgər siz görsəniz ki, övladınızın yaşıdları daha sərbəstdirlər, deməli siz uşağın müstəqil olmağının qabağını alırsınız.

7. Biz uşaqlara öyrətdiklərimizi özümüz etmirik

Biz valideyn olaraq uşaqlarımız üçün arzuladığımız həyatın modelini özümüzdə yaratmalıyıq. İndi biz ailənin başçısı kimi özümüzü elə aparmalıyıq ki, uşaqlar bizdən yaxşı nümunələr götürə bilsinlər. Öz davranışlarınıza fikir verin, çünki uşaqlar daim sizi müşahidə edirlər. Siz qaydalardan kənara çıxmırsınızsa, onda uşaqlar biləcəklər ki, bu onlara da aiddir. Onlara göstərin ki, xoşbəxt olmaq və başqalarına yaxşılıq etməkdən zövq almaq nə deməkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir