Aysu Eliyeva

Uşaqların ekran asılılığı: Nələrə diqqət etməliyik?

Baxış sayı: 1. 141

Dövrümüzün ən aktual problemlərindən biri uşaqlarda ekran asılılığıdır.Texnologiyanın inkişaf etməsi ilə bərabər uşaqları internetin zərərlərindən qorumaq, qarşısını almaq valideynləri çətin vəziyyətdə qoyan durumlardandır.

Ekran asılılığı sadəcə uşaqlarda deyil, yetkin şəxslərdə tez-tez rast gəlinir.Ekran asılılığının əsas göstəriciləri bunlardır:

  • Uşağın davamlı telefon, televizor, planşet qarşısında olmaq istəməsi, əlindən alınan zaman isterik reaksiyalar sərgiləməsi;
  • Yuxu problemləri;
  • Sosiallaşmaqda istəksizlik və uğursuzluqlar yaşamaq;
  • Virtual ünsiyyətə və virtual oyunlara hədsiz meyil göstərmək;
  • Uşaqlarda diqqət dağınıqlığı;
  • İfadəedici nitqin zəifləməsi;
  • İnternet olmayan mühitə düşdükdə hədsiz gərginlik,narahatlıq hisslər keçirməsi, boşluğa düşməsi ;
  • Məktəb və digər təlim mühitində akademik göstəricilərinin aşağı düşməsi;
  • İştahsızlıq və ya hədsiz yemək istəyi;
  • Özgüvən əskikliyi
  • Aqressiv,impulsiv davranışlarda artım;
  • Özünəqapanıqlıq və s.

 

Uşaqlarda ekran asılılığının başladığı zaman xüsusi yaş qrupu və ya yaş məhdudiyyəti yoxdur. Uzun müddət ekran qarşısında qalan hər yaşda olan uşaqlarda ekran asılılığı müşahidə oluna bilər. Uşaqlarda ekran asılılığının qarşısını almaq üçün ana və ataların övladlarının ideal ekran vaxtına uyğun olmasını təmin etmələri vacibdir. Eyni zamanda ekran asılılığının qarşısını almaq üçün 3-6-9-12 qaydasına əməl edilməlidir. Bu qaydaya görə, uşaqlar 3 yaşından əvvəl ekrana məruz qalmamalı, 6 yaşından əvvəl uşaqların öz oyun konsolu və ya texnoloji cihazı olmamalıdır, 9 yaşından əvvəl internetdən tək istifadə etməməli, 12 yaşından əvvəl isə sosial şəbəkələrdən istifadə etməməlidir.

 

Tövsiyə olunan ekran vaxtları;

Uşağın inkişafının ilk 3 ilində ekrana məruz qalması qadağandır . Həm psixoloji, həm fiziki sağlamlığı üçün risklidir. 3-6 yaş üçün gündə 20-30 dəqiqə, 6-9 yaş üçün gündə 40-50 dəqiqə, 9-12 yaş üçün gündə 60-70 dəqiqə olmalıdır. Əgər 12 yaşdan yuxarı olarsa, ekrandan istifadə müddəti ümumilikdə 120 dəqiqədən çox olmamalıdır. Mümkünsə, bu dövrlər günlərə bölünməlidir. Eyni zamanda, bu ekran vaxtları planşet, mobil telefon, televizor və kompüter kimi bütün ekran istifadəsini əhatə etməlidir. Ekrandan istifadə valideyn nəzarəti altında olmalıdır və ekrandan istifadə müddətləri arasında ən azı 15 dəqiqəlik fiziki hərəkətlə bağlı tapşırıqlar əlavə edilməlidir.

Ekran asılılığının qarşısını almaq üçün uşaqları müxtəlif fəaliyyətlərə yönəltmək lazımdır. Uşaqları mütəmadi olaraq idmanla məşğul olmağa həvəsləndirmək və mümkünsə idman növü üzrə ixtisaslaşma kurslarına yazdırmaq onların texnoloji cihazlardan uzaqlaşmasına, fiziki və sağlam inkişafına kömək edəcək. Bunun xaricində uşaqla parka getmək, oyun oynamaq, kitab oxumaq, mətbəxdə vaxt keçirmək, təbiətdə gəzinti etmək kimi fəaliyyətlər də çox təsirlidir. Uşaqları rəssamlıq, musiqi və ya əl işləri kimi istedadlı olduqları sənətlərə yönləndirmək və onları bu sahələrdə hobbi əldə etməyə təşviq etmək də faydalı ola bilər.

 

Psixoloq Aysu Əliyeva




9 şərh “Uşaqların ekran asılılığı: Nələrə diqqət etməliyik?

  1. Zəhra Əliyeva

    Ekran asılılığı məsələsi mənim üçün çox önəmlidir, çünki uşağımın davranışlarında dəyişikliklər görməyə başladım. Əvvəllər, telefon və planşetlə oynamağa meylli deyildi, amma son zamanlarda ekrana qarşı marağı artıb. Məsləhətlərin çox dəyərlidir, ekran vaxtını düzgün tənzimləmək mənim üçün əsas olacaq. Düşünürəm ki, valideynlər olaraq bu sahədə daha çox məlumatlı olmalıyıq

    Cavabla
  2. Rauf Xasay

    Uşaqların texnologiya ilə bağlı bu qədər asılılıq etməsi məni çox narahat edir. Təklif olunan yaş limitləri maraqlı olsa da, bəzən iş və sosial həyatın gərginliyi valideynlərə çətinlik yaradır. Mənim fikrimcə, bu məsələdə cəmiyyətin də dəstəyi olmalıdır. Məktəblər və digər təlim mühitləri də bu məsələyə diqqət ayırmalıdır.

    Cavabla
  3. Elgün

    yazını oxuduqca uşağımın ekran istifadəsini nəzarətə almağın nə qədər vacib olduğunu daha yaxşı başa düşdüm. Lakin 3 yaşdan əvvəl ekrana tamamilə məhdudiyyət qoymaq çox sərt deyilmi? Bəzən valideynlər işi ilə məşğul olduqda, uşaq bir az sakit qalmaq üçün ekranda vaxt keçirir. Sadəcə balansı tapmaq lazımdır

    Cavabla
    1. Psixoloq Aysu Əliyeva

      Əziz valideyn, uşağın inkişafının ilk 3 ili riskli perioddur. Bu dönəmdə uşağın internet, telefona məruz qalması qazandığı bacarıqları itirməsi demək olacaq…

      Cavabla
  4. Camal

    Bu mövzu üzərində düşünmək və valideynlər olaraq buna diqqət etmək çox vacibdir. Ekran asılılığı hər kəsdə mövcud ola bilər, amma uşaqlarda daha ciddi nəticələrə səbəb ola bilər. Təklif olunan qaydalar və ekran müddətləri ilə bağlı təlimatlar çox faydalıdır və əminəm ki, hər valideyn bu yazını oxuyub tətbiq etməlidir.

    Cavabla
  5. Şahin Bədəlov

    Ekran asılılığı problemi artıq cəmiyyətin bütün təbəqələrinə sirayət edib. Uşaqlarda olduğu kimi, böyüklərdə də ciddi problemlər yaratmaqdadır. Hər kəsin özünü sərbəst hiss edə biləcəyi mühitlərə ehtiyacı var. Amma mənim fikrimcə, texnologiyanın qadağan edilməsi deyil, düzgün istifadə tərzinin öyrədilməsi daha faydalıdır.

    Cavabla
  6. Lamiyə

    Mənim iki uşağım var və ekrana məruz qalmamaq məsələsini onlara öyrətmək çox çətindir. Yazıda göstərilən yaş hədləri və vaxt limiti çox məntiqlidir, amma bəzən uşaqların sosial həyatını izləmək də önəmlidir. Sosial şəbəkələrdən istifadə etmədən əvvəl onların kimlərlə əlaqə qurduğunu anlamaq çox vacibdir.

    Cavabla
  7. Ramiz Əlizadə

    Mən də düşünürəm ki, ekran asılılığı böyüklərdən daha çox uşaqlar üçün təhlükəlidir. Xüsusən məktəb yaşına qədər olan uşaqlar üçün ekranda vaxt keçirmək onların beyin inkişafını mənfi təsir edə bilər. Bu yazıda bəhs edilən fəaliyyətlər çox faydalıdır və uşaqları daha aktiv etməyə kömək edə bilər.

    Cavabla
  8. Vəfa Səlimova

    Mənim üçün əsas məsələ, uşaqların təkcə ekrana marağı deyil, həm də real həyatla əlaqələrinin pozulmasıdır. Uşaqların parklarda, açıq havada vaxt keçirməsi, həm də sosial bacarıqlarını inkişaf etdirmələri çox önəmlidir. Teknoloji asılılığın qarşısını almaq üçün uşaqları daha çox təbiətə yönəltmək lazımdır

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir