Uşaqların qorxuları yaş qrupuna görə dəyişir. Bu qorxular onların gələcək inkişafına, psixologiyasına, ünsiyyətinə mane olacaq.
Beləliklə, uşaqların yaş qrupuna görə qorxularını təqdim edirik:
0-2 yaş arası körpələr
Valideynlərindən ayrılmaq
Təxminən 8-10 aya qədər körpələr müvəqqəti olaraq yox olanların, bir daha qayıtmayacağına inanırlar.
Yüksək səs
Körpə beyni məlumatlara, səsə həddindən artıq çox həssasdır. Yüksək və ya ‘ürkütücü’ bir səs onları qorxudur.
3-5 yaş aralığında olan uşaqlar
Qaranlıq və gecə tək qalmaq
Məktəbəqədər uşaqlarda fantaziyanı reallıqla ayırmaqda çətinlik çəkirlər. Bir uşaq qaranlığı qorxulu bir şeylə əlaqələndirərsə, çox güman ki, gecələr valideynlərinin otağında yatmaq istəyəcək.
6-11 yaşlarında uşaqlar
6 – 7 yaşlarında olan uşaqlar yad adamlardan, qaranlıq və nəzarət olunmayan yerlərdə qorxurlar, narahat olurlar.
Evdə tək qalmaq
Bu yaş aralığında olan uşaqlar ana və ya atası olmayan yerdə uzun müddət qalmağa ehtiyat edirlər.
Qayğı göstərdikləri insanları itirəndə
Uşaqlar müəyyən zamandan sonra ölümün qaçılmaz olduğunu anlamağa başlayırlar. Bu vaxta qədər isə diqqət, qayğı gördükləri insanları itirməkdən çox qorxurlar.
Yeniyetmələr (12 yaş və yuxarı)
Dərəcələr və ya nailiyyətlər
Yeniyetmələr uğursuzluğun nəticələrini anlayırlar. Bu onlarda müəyyən qorxu yarada bilir.
Özünüzdən uzaqlaşdırmayın
Yeniyetmələr özünü müstəqil hiss etməyin nə demək olduğunu anlayırlar. Valideyn kimi edə biləcəyiniz ən yaxşı şey sakitcə hər zaman onların yanında olmaqdır.