usaq

Uşaqlarınızın düşünmə qabiliyyətini əlindən necə alırsınız?

Baxış sayı: 1. 075

Əlbəttə ki, valideynlər uşaqlarının düşünmə qabiliyyətini şüurlu surətdə əllərindən almırlar. Əksinə uşaqlarını bütün vəziyyətlərdə sərbəst düşünə bilən və ya sərbəst qərar qəbul edə bilən insanlar kimi görmək istəyirlər. Ancaq bəzi valideynlərin yol verdikləri səhvlər istər-istəməz bunun əksinə gətirib çıxarır.

Image result for dahi uşaqlar

Elə isə buna səbəb nədir?

Məsələn, belə valideynlər elə ilk illərdən uşaqlarının bütün məsuliyyətlərini öz üzərlərinə götürürlər. Uşaqlarının qarşılaşdıqları bütün problemləri özləri həll etməyə çalışırlar. Hətta bu, bəzən o səviyyəyə çatır ki, uşaqlar yol verdikləri səhvləri dərk etməyə belə macal tapmırlar.

Valideynlər mütəmadi olaraq uşaqlarını nəzarətdə saxlayır və onların sərbəst hərəkətlərinə mane olurlar. Nəticədə, belə uşaqlar ən adi problemlər qarşısında belə qərar qəbul etməkdə çətinlik çəkirlər. Belə uşaqlar xüsusilə, yeniyetməlik və gənclik dövrlərində ciddi problemlərlə qarşılaşırlar.

Digər tərəfdən, gələcəkdə qurduqları ailələrdə də arzu edilən səviyyəni göstərə bilmirlər. Elə isə uşaqlarınızın yaşayaraq öyrənmələrinə, problemləri öz potensiallarına görə həll etmələrinə imkan verin. Bir sözlə, uşaqlarınızın düşünmə qabiliyyətini əlindən almayın.

 

Hazırladı: MƏTİN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir