Almara Melikova

Uşaqlarınızın UĞURLU olmasını istəyirsinizsə… – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 1. 667

Uğurlu övlad yetişdirmək hər bir valideynin arzusudur.Hər bir valideyn öz övladına bir şəxsiyyət kimi yanaşmalı ,hörmətlə rəftar etməli və övladı ilə dost olmağı bacarmalı. Psixoloqlar valideynlərin təsirini yüksək qiymətləndirir. Uşaqlarını gələcəkdə uğurlu görmək istəyən valideynlərə  “Gencaile.az” saytının daimi eksperti,  PRİM – “Psixososial Reabilitasiya və İnkişaf  Mərkəzi”nin direktoru, psixoloq M.Almara Ağaqızının məsləhətini təqdim edirik:

 

Uşaqlardan ev işlərində sizə kömək etməsini xahiş edin

Valideynlər arasında geniş yayılan səhv düşüncələrdən biri: “Zamanı gələndə onsuz da özü edəcək” fikridir. Qarşılıqlı olaraq, bu yanlış düşüncə uşaqlarda “Onsuz da mənim yerimə işlərimi edən var”, əks təsir yaradır.

 

Övladlarınızın sosiallaşmasına şərait yaradın

Həyat ünsiyyət üzərində qurulur. Araşdırmalar nəticəsində məlum olub ki, sosial bacarıqları yüksək olan uşaqlar ünsiyyətdə çətinlik çəkmirlər. Bu da onların gələcək həyatlarında uğur qazanmalarına yardım edir.

 

Sərbəst və qadağa üsulunu yox, istiqamətləndirməni seçin 

Uşaq tərbiyəsində üç mühüm ana xətt var: sərbəst buraxmaq, qadağalı tərbiyə və istiqamətləndirmə. Sərbəst üsulla böyüdülən uşaqlar hər zaman hər şey edə biləcəklərini düşünürlər. Uşağa doğru seçimi etmək üçün seçiminin mənfəətini  və ya ziyanını geniş izah edin.Qadağalar onlarda özünə inam problemi yaradır.

 

Ailə münasibətlərinizə diqqət göstərin

Araşdırmalara görə, problemli ailələrdə böyüyən uşaqlar pis vərdişlərə meyilli olurlar. Ayrılan valideynlərin övladları, problemli ailələrin uşaqlarından daha uğurlu olub.

 

Riyaziyyatla tez tanış edin

Psixoloqlar valideynlərə övladlarını bacardıqları qədər riyaziyyatla tez tanış etməyi tövsiyyə edir. Bu tanışlıq onların məktəb, universitet və həyatda uğurlu olmalarına dəstək olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir