valideyn

Uşaqlarla doğru ünsiyyəti necə qurmalı?

Baxış sayı: 1. 113

İnsanın əsas ehtiyaclarından biri ünsiyyət qurmaq ehtiyacıdır. Ünsiyyət vasitəsi ilə qarşımızdakı insanla fikir mübadiləsi aparır və hislərimizi bölüşürük. Ailədə valideyn və övlad arasında, həmçinin valideynlərin özü arasında ünsiyyət də uşağın inkişafı baxımından çox önəmlidir.

Uşaqlarla ünsiyyət zamanı onları diqqətlə dinləmək, onlarla yaşlarına uyğun dildə danışmaq və bu vasitə ilə onların ünsiyyət bacarıqlarının və nitqlərinin inkişafına dəstək vermək lazımdır. Valideyinlərin uşaqları ilə sağlam ünsiyyət və münasibət qurması üçün məsləhətlər:

unsiyyet

 

– Uşaqla münasibətdə pozitiv hislərə üstünlük verin. Onu layiq olduğu hərəkətinə görə tərifləyin və uğurlarını vurğulayın. Bu, uşaqda özünəinam yaradacaq.

– Ayrılmış müəyyən vaxtda uşağa elə iş tapşırın ki, o həmin işin öhdəsindən gələ bilsin. Uşağı diqqət tələb edən yaradıcılıq işlərinə yönəldin.

– Evdə günün planını tutun. Planda qida qəbulu, ev işləri, yuxu rejimi və digər gündəlik fəaliyyətlər bu cədvələ uyğun yerinə yetirin.

– Uşağa imkan verin ki, öz enerjisini sərf edə bilsin. Təmiz havada gəzmək, qaçmaq, idman hərəkətləri kimi fiziki aktivlik uşaq üçün çox faydalıdır.

– Övladınızla hər gün söhbət etmək üçün mütləq zaman ayırın. Onu dinləyərkən başqa işlərlə məşğul olmayın.

– Uşağınızın duyğu və düşüncələrini sərbəst və qorxmadan ifadə etməsini təmin edin. Soruşduğu suallara aydın və dəqiq cavablar verin. Beləliklə, aranızda möhkəm və davamlı dostluq qurulacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir