ULVIYYE EFENDIYEVA

Uşaqlarla münasibətləri necə quraq? – VALİDEYNLƏRİN MENYUSUNA

Baxış sayı: 1. 131

Bu gün qeyd olunan uşaqların Beynəlxalq Müdafiəsi Günü — 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir.

Konvensiya uşaqların iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olmasını vurğulayır.

usaqlar

 

Uşaqlar bizim gələcəyimizdir. Ailənin təməlidir. Uşaqları sağlam, xoşbəxt və sevgi ilə böyütməliyik. Onların dəcəlliklərinə səbrlə yanaşmalıylq. Onlara hər şeyi təmkinli şəkildə öyrədərək izah etməliyik. Hətta bəzən yersiz suallarından yorulmamalıyıq. Çünki uşaqlar hər şeyi kəşf edərək, öyrənirlər. Əfsus ki, bəzən böyüklər tərəfindən  “Uşaqsan otur uşaq yerində”, “ Sənin yaşın çatmır “ kimi neqativ fikirlər səsləndirilir. Uşağın suallarına onun anlaya biləcəyi səviyyədə izah vermək lazımdır.

Böyüklərin travmalarını araşdırdıqda, bunun kökünün bəzən uşaqlığa dayandığını görürük. Uşaqkən aldığı travma ilə böyüyənlər də bu travmaları övladları üzərində tətbiq edirlər. Aqressiv , nəzakətsiz, özgüvəni zəif , daima susdurulan uşaqlar psixologiyası zəif böyüyürlər.

Uşaqlarımıza öz hüquq və vəzifələrini öncə valideynlər, sonra müəllimlər izah etməlidir.

İlk öncə uşaqlar dünyaya arzu olunaraq gəlməlidirlər, onlar uçurum münasibət yaşayan ailənin qurtarıcısı deyildirlər. Bəzən bəzi böyüklərin “Bir uşaq olsun hər şey düzələcək “ kimi yalnış məsləhətləri olur.Çünki bu halda uşağın çiyinlərinə sanki ağır yük düşür.

Uşaqlar bir- birilərinə sevgi və sayğı ilə bağlanan ailələrdə daha xoşbəxt böyüyürlər. Sevgi ilə böyüyən uşaqlar pozitiv, uğurlu,psixologiyası sağlam, özgüvənli və valideynlərinə güvənli şəkildə böyüyürlər. Özlərini dəyərli hiss edirlər.

usaqlar

Uşaqların oynamaq , təhsil almaq, istirahət etmək, istədiyi tədbirlərdə iştirak etmək, söz ,fikir söyləmək  azadlığı kimi hüquqları vardır.

Sağlam, Vətəninə , özünə yararlı, özünə güvənli, iradəli, savadlı və tərbiyəli uşaq böyütmək hər bir valideynin arzusudur. Hər valideyn bunun üçün əlindən gələni edir, maddi  və mənəvi tələbatlarını ödəməyə çalışırlar. Övladları ilə bağlı sonsuz arzular , xəyallar qururlar.

Sağlam , tərbiyəli, savadlı uşaqlar böyütmək diləyilə bütün uşaqların bayramı mübarək!

 

Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir