hamile

Uşaqlıqdan kənar hamiləliklə bağlı yanlış fikirlər

Baxış sayı: 1. 752

1.Uşaqlıqdan kənar hamiləlik normal inkişaf edib uşağın dünyaya gəlməsi ilə nəticələnə bilməz. Bu, birmənalıdır.

Uşaqlıqdan əlavə qadın orqanizmində uşağın inkişafı üçün uyğun olan orqan yoxdur. Bəzən eşidmək olur ki, hansısa qadının qarın doşluğunda uşaq inkişaf edib və sağlam doğulub. Bu cəfəngiyatdır. Dölün inkişafı üçün qidalı maddələr və oksigen lazımdır. Bunun üçün mayalanmadan sonra döl uşaqlığa düşür və uşaqlığın divarına implantasiya edir (bərkidilir). Bu yerdə kapilyarlar və damarlar əmələ gəlir və daha sonra cift formalaşır. Bu damarların vasitəsi ilə döl uşaqlıqdan ona lazım olan maddələri alır.

2. Bəzi qadınlar fikirləşir ki, hamiləliyin əvvəlində qarının aşağı hissəsində olan ağrılar və qanlı ifrazatlar normal haldır. Lakin bu, belə deyil. Bir çox hallarda belə ağrılar və ifrazatlar uşaqlıqdan kənar hamiləliyin ilk simptomlarıdır. Bu səbəbdən özündə bu kimi simptomları aşkar etdikdə, qadın mütləq ginekoloqa müraciət etməlidir.

3. Qadınların bir çox hissəsi fikirləşir ki, hamiləliyin əvvəlində USM-dən keçmək olmaz (guya hamiləlik pozula bilər) və bunu yalnız hamiləliyin 3-cü ayından sonra etmək olar. Lakin bu da çox təhlükəli yanılmadır. Əksinə hamiləliyin 5-6 həftələrində mütləq USM-dən keçmək lazımdır. Bu zaman döl uşaqlıq daxilində olmalıdır. Əks halda həkim uşaqlıqdan kənar hamiləlikdən şübhələnə bilər. USM vaqinal datçikin köməyi ilə aparılır. (Narahatçılıq üçün səbəb yoxdur – müayinə hamiləliyin pozulmasına səbəb ola bilməz).

Daha tez aşkar olunmuş uşaqlıqdan kənar hamiləlik daha asan müalicə olunur.

Əgər həkimdə uşaqlıqdan kənar hamiləliyə şübhə yaranarsa, həkim qadına 1 həftədən sonra təkrar müayinəyə gəlməyi tövsiyə edəcək. Yaxşı avadanlığın köməyi ilə həkim hətta “azmış” embrionun dəqiq yerləşməsini və ölçüsünü təyin edə bilər. Adətən (98% hallarda) uşaqlıqdan kənar hamiləlik boruların birində inkişaf edir.

Bundan əlavə qadın mütləq ginekoloqa müraciət etməlidir. Həkim qadına bəzi qan analizləri təyin edəcək (qanda xorionik honadotropinin səviyyəsi və s.). İnkişafda olan döl xorionik honadotropin hormonunu ifraz edir. Normal hamiləlik zamanı bu hormonun göstəriciləri hər 2 gündən bir 2 dəfə artmalıdır. Lakin uşaqlıqdan kənar hamiləlik zamanı belə olmur. Beləliklə qadın bu analizi heç olmasa 2-3 dəfə hər 2 gündən bir verməlidir və bundan sonra həkim diaqnoz qoymalıdır.

4. “Uşaqlıqdan kənar hamiləlik yalnız xəstə, sonsuzluqdan əziyyət çəkən qadınlarda ola bilər”. Bu da yanlış fukirdir. Bəli, cinsiyyət sistemində müxtəlif pozulmalar və xəstəliklər olan qadınlarda uşaqlıqdan kənar hamiləlik daha tez-tez hallarda inkişaf edir. Lakin hətta tam sağlam qadınlarda da uşaqlıqdan kənar hamiləliyin inkişafı mümkündür. Bu səbəbdən hamiləliyin əvvəlində qadın öz vəziyyətinə qarşı daha diqqətli olmalıdır.

5. Qadınların əksəriyyəti “uşaqlıqdan kənar hamiləlik” diaqnozu eşitdikdə qorxuya düşür. Lakin əgər qadında uşaqlıqdan kənar hamiləlik təyin olunubsa, bu heç də o demək deyil ki, bu qadın uşaqlıq borusundan məhrum olacaq.

Bir çox hallarda uşaqlıqdan kənar hamiləlik özü özündən pozulur. Digər hallarda uşaqlıqdan kənar hamiləlik çox zəif inkişaf edir (XH zəif artır və s.) və bu halda xüsusi dərman preparatların köməyi ilə (metotreksat inyeksiyası və s.) hamiləlik pozulur. Əksər hallarda 1 inyeksiya kifayət edir. Bundan sonra qadın müəyyən fasilələrlə bir neçə dəfə xorionik honadotropin hormonun analizini verməlidir. Hormonun səviyyəsi tədricən azalmalı və 1 aydan sonra hormon qanda təyin olunmamalıdır.

Bəzi hallarda uşaqlıqdan kənar hamiləlik zamanı laparoskopik əməliyyatına əl atılır. Bu halda embrion xaric olunur və boru saxlanılır.

Nadir hallarda (yüksək XH, borunun partlaması, güclü qanaxma və s.) açıq əməliyyata və borunu xaric olmasına ehtiyac yarana bilər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir