utu

Ütü alarkən nələrə diqqət etmək lazımdır?

Baxış sayı: 566

Qadınların daim işini asanalşdıran elektrik avadanlıqlarından biri də ütüdür. Ütü alarkən nələrə diqqət etməliyik ki, köməkçimiz keyfiyyətli olsun?

Ən önəmli:

– Ütünün gücü

– Ütünün buxar təzyiqi

–  Ütünün alt hissəsi

Ütünün gücü

Ütünün gücü müəyyən temperatura nəçə müddətdə çatması ilə ölçülür. Vatt dəyəri nə qədər yüksəkdirsə, ütünün gücü o qədər çoxdur. Vatt dəyəri 2000-2400 olan ütülər üstünlük verilməlidir.

utu

Ütünün buxar təzyiqi

Paltarı sürətli və asan ütüləmək ancaq buxar gücü yüksək ütülərdə olur. Buxar paltarların parçasına birbaşa bağlıdır. Kətan, ipək kimi ağır parçalar üçün buxar təzyiqi və gücü yüksək ütülər seçilməlidir. Sintetik parçadan çox paltarınız varsa, yüksək buxar gücü ütünün enerji istehlakını görə dəyərini artıracaq.

Həmçinin, açılmayan, ağır parçalar üçün ütünün üzərində şok buxar yazısı olmalıdır. Şok buxar xüsusiyyəti üçün ütülərin dəqiqədə 90-150 g/dk arasında buxar gücü olması tövsiyə edilir.

Ütünün alt hissəsi

Ütünün parçaya yapışmasını və qumaşın parlamasını əngəlləmək üçün ütününü alt hissəsi çox əhəmiyyətlidir. Keramika altlıq parçanın yapışmaması, parlamaması və ütünün asanlıqla hərəkət etməsi üçün ən yaxşı vasitəsidir.

Teflon əsaslı ütülər isə qumaşın yanmasına, saralmasına mane olur və parçanın üzərində sürüşərək asan ütülənir. Polad altlıq istiliyin bərabər şəkildə paylanmasını və parça üzərindəki sürüşkənliyi yüksək olmasına baxmayaraq istifadəsi olduqca çətindir. Çünki qumaşın yanma riski yüksəkdir. Həmçinin, bazadakı dəlik sayı çox olması olduqca əhəmiyyətlidir. Nə qədər çox dəlik varsa, o qədər buxar çıxacağı halda ütü sürətli, rahat vət tez şəkildə hərəkət edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir