Koronavirus pandemiyasının üz maskalarına yaratdığı tələbata moda sənayesi də reaksiya verir.
Almaniyalı modelyer Wolfgang Schinke Qərbi Almaniyanın Krefeld şəhərindəki studiyasında manekenin üzünə maska taxır.
Shinke öz partnyoru Pierre Zelinsky ilə birlikdə kiçik və eksklüziv maska kolleksiyasını yaradıb.
Üzü və başı tamamilə örtən qara maskalı bu şəxs Fransanın paytaxtı Parisdəki 2020/2021 Moda Həftəsinin qonağıdır. (Edward Berthelot/Getty Images)
Fotoqraf “həmişə gülərüzlü” bu xanıma New York şəhərinin West Village rayonunda rast gəlib.
New York Covid-19-un ən çox təsirinə məruz qalan ABŞ şəhəridir.
Polşada bayıra çıxanlardan ağız və burun nahiyəsini örtmək tələb olunur.
Bunun üçün sırf tibb maskasından istifadə etmək şərt deyil. İnsanlar uzun boğazlı sviter, paltarın yaxası, şarf və ya dəsmaldan istifadə edə bilərlər.
Polşanın cənubundakı Krakov şəhərinin sakini isə xüsusi bir maska taxmaq qərarına gəlib.
Livanlı bəy və gəlin Beyrut yaxınlığındakı Müqəddəs Georg kilsəsində keçən toyları üçün milli bayraq rənglərini əks etdirən maskanı seçiblər.
Pandemiyaya görə, toyda yalnız yaxın qohumlar iştirak edib.
Modelin nümayiş etdirdiyi üstü naxışlı maska, yerli dizayner Do Quyen Hoa-nın atelyesində hazırlanıb.
Koronavirusun ilk ortaya çıxdığı Çinin cənub qonşusu olan Vyetnamda infeksiyanın yayılmasına qarşı sərt tədbirlər tətbiq olunur.
Burada təxminən 270 yoluxma hadisəsi aşkarlansa da, ölüm halları qeydə alınmayıb. (Nhac NGUYEN/AFP/Getty Images)
Tatarıstanda Uşaq və Gənclərin Dekorativ və Tətbiqi Sənətlər Mərkəzinin müəllimi Radik Quryev maska çatışmazlığı şəraitində təkrar istifadə olunan respirator icad edib.
İtaliyanın şimalındakı Venesiya şəhərində satıcı stenddən üz maskalarını satır.
İtaliya koronavirus pandemiyasının təsirinə ən çox məruz qalan ölkələrdən biridir.