Üz qırxmaq kişiyə necə təsir edir?

Baxış sayı: 1. 650

Əksər kişilər günə üz qırxmaq ilə başlayırlar. Bəs bu onlara necə təsir edir?
Dərini daha da təmiz edir

Üz qırxmağın dəriyə mənfi təsiri barəsində bir çox fərziyələr var. Lakin dermatoloqlar deyirlər ki, əgər “düzgün” üz qırxılsa – iti və təmiz ülgüc, yuxarıdan aşağı qırxmaq, müxtəlif losyonlar – dəriyə xeyiri var. Ülgüc dərini qocalmış və ölü hüceyrələrdən təmizləyir. Saqqal saxlayan isə bunun üçün skrabdan istifadə etməli olurlar.

Ultrabənövşəyi müdafiəni azaldır

Niyə saqqal yalnız kişilərdə bitir? Hipotezaya görə tarixən kişilər qadınlardan daha çox günəş şualanmasına məruz qalıblar (ova gedən olublar). Beləliklə, onların orqanizmi üz dərisini qorumaq üçün saqqalı daha da qabarıq edib. Saqqal üzü ultrabənovşəyi şualardan qoruyur, xərçəng xəstəliyinə qarşı profilaktik tədbir kimi qəbul olunur. Saqqalsız üz dərisi daha həssas olur. Əgər dəriniz günəş şualarına qarşı həssasdırsa, saqqal saxlamaq məsləhətdir. Asması olan insanlar da saqqal saxlamalıdırlar. Beləki, bığlar burada filtr rolunu oynayırlar.

Tüklərin strukturunu yaxşılaşdırır?

Tez-tez qırxmaq və kəsdirmək – tüklərin, saçların keyfiyyətini yaxşılaşdırır. Bu əfsanədir və buna inanmayın. Saçların və tüklərin strukturu, artım tempi ülgüc və qayçıdan asılı deyil.

Aqressiyanı “azaldır”

Daha “aqressiv” görsənmək istəyirsiniz isə saqqal barəsində düşünməyə dəyər. Behavioral Ecology jurnalınının 2012-ci ildə apardığı araşdırmaya görə saqqallı kişilər daha çox aqressiv və gözlənilməz kimi görkəmə sahib olurlar.

Uğurlu edir

Saqqalı kişilər aqressivlik ilə yanaşı ağıllı görsənsələr də, uğur təmiz qırxılmış üzlü kişilər tərəfində olur. Psixoloqların fikrincə, ətraf insanlar “təmiz” üzlü insanlarla daha asan ünsiyyət qururlar. Yaxşı işçi daim ünsiyyətcil olmalıdır.

Cavanlaşdırır

Yeniyetmələr adətən saqqal uzatmaqla yetkin görsənməyə çalışırlar. Bəli, saqqal insanı daha yaşlı göstərir. Buna görə neçə yaşınız olmasından asılı olmayaraq, saqqal sizi daim bir neçə il yaşlı göstərəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir