makiyaj

Üz quruluşuna uyğun makiyaj necə edilir?

Baxış sayı: 1. 316

Üz quruluşun nə olursa olsun sən də Hollivudun tanınmış simaları qədər qüsursuz görünməyi bacara bilərsiniz. Bunun üçün üz quruluşuna uyğun olan makiyaj texnikalarını öyrənməlisiniz. Bu yazıda üzünüzün hansı makiyaj tərzinə ehtiyacı olduğunu izah edəcəyik.

 

Üçbucaq üz quruluşu

Üçbucaq üz quruluşuna malik olan məşhurlar rasında Naomi Kempbel, Viktorira Beckhem var. Üçbucaq üz quruluşuna malik olan qadınların çıxıq almcıq sümükləri və iti çənələri olur. Əgər üz quruluşunuz belədirsə, almacıq sümüklərini, çənəni vurğulayaraq və alında kölgələr edərək onu balanslaşdıra bilərsiniz.

Tonal kremi üzün hər tərəfinə bərabər miqdarda yaymalısan. Yanaq üstlərinə bir az şəffaf kirşan çəkərək gözlərini vurğulaya bilərsən. mma çənəni daha parıltılı etməyə çalışmalısan. Beləcə çənə olduğundan daha böyük görünəcək. Alnını olduğundan daha kiçik göstərmək üçün yanaqlarına bronzlaşdırıcı ənlik çəkərək gözəlliyini ortaya çıxarmağa çalış. Son olaraq gözlərə çox tünd tonlar istifadə edin.

 

Oval üzlər

Cameron Diaz, Cindy Crawfort, Courtney Cox və Julia Roberts oval üz quruluşuna sahib olan məşhurlardır. Bu tərz üzlərin adətən yanaqları daha düz olur və alınları ilə çənələrini tarazlaşdırırlar. Bu balans səbəbi ilə oval üzlərin digər üz quruluşundan daha az bərpaya ehtiyacı var. Üzün ovaldırsa, tonal krem və kirşandan sonra yanaqları ənlik vurğulamağı tövsiyə edirəm. Dodaq boyası və göz makiyajının bir-birini tamamlamasına fikir ver. Tünd göz makiyajını tünd pomada ilə tamamla. Göz makiyajın sadədirsə, dodaqlarına da açıq rəngli parladıcı çəkməlisiniz.

 

Dördbucaq üz quruluşu

Dördbucaq üz quruluşu olan insanlar arasında Megan Fox, Gisele Bündchen və Sarah Jessica Parker var. Bu tərz üz quruluşuna sahib olan üzlərin sərt çənələri və çıxıq alınları olur. Üz quruluşun bu formadadırsa, tonal kremi üzün orta hissəsinə daha çox, kənarlara tərəf getdikcə isə daha az çəkmək lazımdır. Parıltılı ənliyi gözlərin altında və çənədə istifadə edin. Yanaqlarına və çənə sümüklərinə bronzlaşdırıcı ənlik çəkərək bu bölgələrin daha az diqqət çəkməsini təmin edə bilərsən. Ənlik çəkərkən almacıq sümüklərindən qulaqlara tərəf çəkməyə diqqət edin. Üzdə ancaq bir bölgəni vurğulayın. Tünd rəngli göz makiyajı etmisənsə, dodaqlarında açıq rəngli pomada olmalıdır. Ya da iddialı bir pomada çəkmisənsə, göz makiyajı çox sadə olmalıdır.

 

Yumru üzlər

Kate Winslet və Drew Barrymore yumru üz qruluşuna malik olan insanlardır. Yumru üzlərdə dominant özəlliklər yoxdur. Sən də yumru üz quruluşuna maliksənsə tonal kremi çəkdikdən sonra göz altına, burun ucuna və ağız kənarlarına parıltılı ənlik çəkərək üz xətlərini bəlli etmiş olarsan.

Qulaqlarının yanından başlayıb ağız kənarına qədər almacıq sümüklərinə ənlik çəkərək yanaqları vurğulaya bilərsən. Almacıq sümüklərinə və çənə kənarlarına bronzlaşdırıcı çəkin. Bu gözəllik texnikası üzün uzunsov görünməsini təmin edəcək. Gözlərlə dodaqlar bir-biri ilə bərabər görünməlidir. İkisi də açıq və tünd tonlarda olarsa daha qüsursuz görünərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir