uz derisi

Üzü yaşlandıran 7 səhv

Baxış sayı: 1. 938

Üzü çox yumaq

Dərinin özününü yağ balansı var. Üzü tez-tez yuduqda bu yağ balansı pozulur və üz dərisində müxtəlif problemlər yaranır. Ona görə də gündə iki dəfədən artıq üzü yumasanız yaxşı olar.

Skrablardan həddindən artıq istifadə etmək

Skrab dərinin üzərindəki ölü dərini soyur. Əslində skrablardan istifadə etmək üzün təmizlənməsində və məsamələrin açılmasına kömək edir. Ancaq həftədə iki dəfədən artıq bu proseduranı etmək üzə xeyirdən çox ziyan verir.

Yaxşı durulamamaq

Üzü təmizləmək üçün istifadə etdiyiniz müxtəlif gellər yaxşı yuyulmadıqda məsamələrə dolur  və dərinizə zərər verir. Ona görə də üzünüzü yaxşı duruladığınızdan əmin olun. Alın, çənənin altı və yanaqların kənarı kimi suyun daha az təmas etdiyi bölgələri tam təmizləməyə diqqət edin.

İsti sudan istifadə etmək olmaz!

Qış aylarında belə üzü isti su ilə yumaq olmaz. Bu üz dərisinin yağ balansını pozur. Dərinizin qurumasını və qabıqlanmasını istəmirsinizsə, üzünüzü ilıq su ilə yumağı vərdiş edin.

Dəsmal dərinin elastikliyini azaldır

Üzünüzü yuduqdan sonra dəsmalla möhkəm qurulayırsınızsa, bilin ki, dərinizdə bir çox problemlər baş verəcək. Dərinizin elastikliyini itirməsini istəmirsinizsə, üzünüzü yumşaq salfetlə qurulayın.

Nəmləndirici çəkməmək

Üzü təmizlədikdən sonra çox vaxt nəmləndirici çəkməyi unuduruq. Ancaq dərinin nəmi daha tez həbs etməsi üçün üzü yuyub quruladıqdan dərhal sonra nəmləndirici krem çəkmək lazımdır.

Keyfiyyətsiz üzə qulluq vasitələrinə pul xərcləmək

Üzə qulluq üçün ən vacibi odur ki, keyfiyyətli kosmetik vasitələrdən istifadə edəsiniz. Bunlar müxtəlif kremlər, zərdablar, losyon və toniklər ola bilər. Bunlarla yanaşı makiyajı təmizləmək üçün də keyfiyyətli məhsullardan istifadə etməlisiniz. Makiyaj təmizləyici vasitə həm üzdəki çirki, makiyajı, yağı təmizləməli, həm də dərinin yağ balansını qorumalıdır. Ona görə də dəri tipinizə uyğun olan keyfiyyətli məhsullar almaq lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir